Rəşid bəy Axundzadə (tam adı: Rəşid bəy Axund Əbdüssəlam oğlu Axundzadə; ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Bakı qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası İşlər İdarəsinin müdiri.
Həyatı
Çarlıq dövrü Rəşid bəy Axundzadə 1880-ci il martın 28-də Salyanda nüfuzlu ruhani, sonralar (1894-cü ildən) Qafqaz Müsəlmanları İdarəsinin rəisi – şeyxülislam olmuş Əbdüssəlam Axundzadənin ailəsində doğulmuşdu. Anası Salyanın məşhur Muradxanovlar ailəsindən olan Ummu Salama Muradxanova idi. 4 il Tiflis Real Məktəbində təhsil almış və sonrakı 4 illik təhsilini Tiflisin III gimnaziyasında davam etdirmişdir. O, burada bir əlavə təhsil almış, 1905-ci ilin 20 noyabrında VIII sinfi bitirmişdir. 1910-cu ildə Kiyev Müqəddəs Vladimir Universitetində hüquq fakültəsinə daxil olub. Burada hüquq təhsili aldıqdan sonra Tiflisdə hüquq sahəsində işləməyə başlamışdır. Bakıya köçdükdən sonra vəkil olaraq fəaliyyət göstərmişdir.
1917-ci ildə o, Bakı qəzasının hüquq sistemində Məmməd Yusif Cəfərov, Rüstəm xan Xoyski, Əli xan Qandəmirov, Qasım Qasımov, Əbumüslim bəy İsrafilov və Həmid bəy Şahtaxtınski ilə birlikdə hüquqşünas kimi fəaliyyət göstərmişdir. left|thumb|2019-cu ildə hazırlanmış poçt markası üzərində Rəşid bəyin şəkli.
AXC dövrü 1918-ci ildə keçmiş Cavad qəzasından Salyan nümayəndəsi kimi Azərbaycan Xalq Cumhuriyyətinin parlamentinə millət vəkili seçilmişdir. Texniki mühəndis Baxış bəy Rüstəmbəyov Salyan şəhərindən parlamentə millət vəkili seçilmiş ikən, Rəşid bəy Axundzadə qəza nümayəndəsi kimi millət vəkili seçilmişdi. O, 1919-cu il yanvarın 1-dən fevralın 5-dək Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin işlər idarəsinin müdiri olmuşdur.
Fətəli xan Xoyski ilə olan yaxşı münasibətlərinə görə o, daha sonra 5 fevral 1919 tarixində Bakı qubernatoru təyin edildi. Onun sonradan sələfi olacaq Müseyib Əxicanov onun müavini təyin edilir. Lakin onun bu vəzifədəki fəaliyyəti qısa müddət davam edir və o, 17 avqust 1919 tarixində özünün istefa ərizəsini yazır, 25 avqust 1919-cu ildə isə başqası ilə əvəz edilir.
Aprel işğalından sonra 1920-ci ilin aprel ayının 28-də AXC Bolşevik Rusiyası tərəfindən işğal edildi. Bu işğaldan sonra o, işlərindən ayrılmağa məcbur oldu. 1923-cü ildə Rəşid bəy Azərbaycan Hüquq Bürosuna üzv oldu və bu sahədə fəaliyyət göstərdi. Lakin Böyük Təmizləmə zamanə həbs edildi və Kirov oblastına sürgün edildi. Çətin şəraitdə elə sürgündə 1940-cı ilin aprel ayında vəfat etdi.
Ailəsi Rəşid bəy Axundzadə Sara Vəzirova (1898–1962) ilə ailə həyatı qurmuşdur. Məşhur dramaturq Nəcəf bəy Vəzirovun qızı olan Sara xanım ilə Rəşid bəyin 3 qızı olmuşdur:
Gülnar Behbudova (1914–1996) Leyla Axundova (1919–2003) Validə Vəzirova (1920–2012) — Azərbaycan Sovet Sosialist Respublikasınnı bir zamanlar neft naziri olmuş Süleyman Vəzirovla (1910–1973) evlənmişdir.
İstinadlar
Mənbə
Kateqoriya:Bakı qubernatorları Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Repressiya qurbanları