Qara Piri bəy Qacar () — ilk Qarabağ bəylərbəyi (1501-1512), Səfəvi ordusunun komandanı. Zeynalabidin Əli "Təkmilət ül-Əxbar" əsərində yazır ki, göstərdiyi igidliyə görə "Tozqoparan" ləqəbini almışdır.
"Qızılbaşlar tarixi" müəllifinin qeyd etdiyinə görə, Qara Piri bəy Qacar 1512-ci ildə Nəcmi Sani ilə birlikdə Qicduvanda öldürülmüşdür."Qızılbaşlar tarixi". Tərcümə və şərhlər M.Ə.Məhəmmədinindir. Bakı, 1993
I Şah Təhmasibin şahlığı dönəmində Muğan və Arasbara, yəni Qaradağın şərq hissəsinə Bəyazid sultan Bəydili-Şamlı başçılıq edirdi. Qaradağ sufiləri əsasən qərb yörələrdə hakim təyin edilirdilər. Qaradağ sufilərindən bizə bəlli olan ilk əmir Ənsar xəlifədir. Ənsar xəlifə uzun illər Qaradağ vilayətinin hakimi olmuşdu.
Həmçinin bax Qarabağ bəylərbəyliyi
İstinadlar
Kateqoriya:Qarabağ bəylərbəyiləri Kateqoriya:XVII əsr şəxsləri Kateqoriya:Qarabağ və Gəncə Qacarları Kateqoriya:Səfəvi sərkərdələri