() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü 20–50 sm, gövdəsi düz, adətən tək və sadə olan çoxillik çılpaq ot bitkisi. Kökətrafı yarpaqları uzun saplaq üzərindədir, görünüşünə görə dəyirmi ürəkşəkillidir, barmaqvari 3–5 ədəd ayrı, daha iri orta dilimlidir; yan dilimləri enli pazvari əksinə yumurtaşəkillidir, qismən dərin üç bölümlüdür, kənarları dairəvi dişlidir, sivri ucluqla qurtaran dişləri vardır. Gövdə yarpaqları yoxdur və ya onlar az saydadır və az kəsilmişdir. Çətirləri xırdadır, qurtaracağı vardır, şüaların ucunda yerləşmişdir. Kasacığın dişləri bizşəkillidir. Ləçəkləri yumurtaşəkillidir, 1,5 mm-ə yaxındır, ağ və ya qırmızımtıl rəngdədir. Meyvələrinin uzunluğu 4–5 mm-dir, yumurtaşəkilli-şarşəkillidir, qısa tikanlarla sıx örtülmüşdür. May-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Azərbaycanda yayılması Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ. Yuxarı dağ qurşağına qədər.
Yaşayış mühiti Qaranlıq meşələrdə rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Meşəçətirotu Kateqoriya:Avrasiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları