Panavia Tornado İtaliya, Böyük Britaniya və Almaniya tərəfindən birgə istehsal olunmuş iki mühərrikli, çoxməqsədli qırıcıdır. Tornado qırıcısının üç əsas variantı var: Tornado IDS döyüşçü-bombardmançı, Tornado ECR düşmənin hava hücumundan müdafiə sistemlərini üstələmək məqsədli radioelektron mübarizə və kəşfiyyat, Tornado ADV tutucu (interceptor) variantı.
İlk uçuşunu 14 avqust 1974-cü ildə həyata keçirmiş, 1979-1980-ci illərdə silahlanmaya qəbul olunmuşdur. Səudiyyə Ərəbistanı bu döyüş təyyarəsinin üç istehsalçı ölkədən başqa yeganə ixracatçısıdır.
Tornado qırıcıları indiyə qədər müxtəlif döyüş ərazilərində istifadə edilmiş, Bosniya, Kosovo, Suriya, İraq, Əfqanıstan kimi fərqli ölkələrdə döyüş tapşırığını uğurla yerinə yetirmişdir.
İstifadəçiləri thumb|right|Panavia Tornado istifadəçiləri|305x305px
: 64 ədəd IDS və 29 ədəd ECR variantı. Weniger als jeder zweite Tornado ist einsatzbereit. İstifadə tarixi: 24 may 2017
thumb|Lüftvaffeyə aid olan bir Panavia Tornado təyyarəsi NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi əməliyyatında
: 62 ədəd IDS və 16 ədəd ECR variantı.["Hoyle Flight International" 13–19 dekabr 2011, səhifə 41.] : 80 ədəd GR4/GR4A. : 82 ədəd IDS variantı.["Hoyle Flight International" 13–19 dekabr 2011, səhifə 47.]
Xüsusiyyətləri (Tornado GR4) thumb|right|303x303px Ümumi göstəriciləri Ekipaj: 2 Uzunluğu: 16.72 m Qanad genişliyi: 13.91 m Hündürlüyü: 5.95 m Boş çəki: 13,890 kq Yüklənmiş çəki: 20,240 kq Maksimum qalxma ağırlığı: 28,000 kq Güc təminatçısı: 2 ədəd Turbo-Union RB199-34R Mk 103 mühərrik Uçuş göstəriciləri Maksimum sürət: Mach 2.2 (2400 km/s) 9,000 m yüksəklikdə; 1,482 km/s (dəniz səviyyəsində) Birbaşa məsafə: 1,390 km Maksimum qalxma yüksəkliyi: 15,240 m Yüksəlmə sürəti: 76.7 m/s Güc/çəki nisbəti: 0.77
Həmçinin bax Britaniya Hərbi Hava Qüvvələri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr Kateqoriya:Reaktiv qırıcılar Kateqoriya:İtaliya təyyarələri Kateqoriya:Birləşmiş Krallıq təyyarələri Kateqoriya:Almaniya təyyarələri