Xrizantema (rus.: “Хризантема”; ing.: “Chrysanthemum”; az.: “Payızgülü”) Rusiya istehsalı tank əleyhinə özüyeriyən raket kompleksidir. Xrizantema hazırkı və gələcək nəsil tanklarla, həmçinin helikopter və digər aşağı hündürlükdə uçuş həyata keçirə bilən hava hədəflərilə mübarizə aparmaq və onları məhv etmək məqsədilə hazırlanmışdır. "Khrizantema-S". Konstruktorskoye Byuro Mashynostroyenia. 2002–2008. İstifadə tarixi: 26 may 2017 NATO kod adı AT-15 Springer olan bu texnikada 9M123 raketlərindən istifadə olunur.

“Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi mühəndis istehkam qurğuları, hava hədəfləri, canlı qüvvələrin sığınacaqlarda və açıq meydanlardakı hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.

“Xrizantema-S” döyüş komplektində lazer və radiosiqnalla idarə olunan 4 fərqli raket tipi, habelə axtarış radarı və optik nişangah yer alır. BMP-3 döyüş maşınlarının şassisi üzərində yerləşməsi onun manevr imkanlarını daha da artırır.

“Xrizantema-S” istənilən müdafiə səviyyəsinə malik olan tankları məhv edə bilir. Sistem tankları izləyib yerini müəyyən etmək üçün iki radara malikdir. “Xrizantema-S”in 6 min metrdən endirdiyi raket zərbəsi qarşısında heç bir tank və digər zirehli texnika davam gətirə bilməz. Həmçinin “Xrizantema-S”in raket kompleksi qalınlığı 3 metr olan beton təbəqə ilə örtülmüş dotu da darmadağın edə bilir. Hətta kompleks düşmənin desant gəmisini, saatda 340 kilometr sürətlə uçan təyyarə və helikopterinidə məhv etmək imkanındadır. Üstəlik kompleks özü saatda 70 kilometr sürətlə hərəkətdə olarkən bu hədəflərə zərbə endirə bilir. Kompleksdə bütün proseslər tam avtomatlaşdırılmışdır.

thumb|9M123 Xrizantema raketi

Xüsusiyyətləri

İstehsalçı ölkə:

İstehsalçı: KBM və NİTİ

Tip: Tank əleyhinə özüyeriyən raket kompleksi

İstehsal tarixi: 2005 – davam edir

Xidmətə giriş ili: 2005 – günümüzə

Döyüş maşını: 9P157

Ağırlıq: 18.7 ton

Heyət: 2 nəfər

Zireh: 60 mm alüminium ərintisi + polad

Dalış dərinliyi: üzən

Xəndək keçmə: 2.2 m

Maneə keçmə: 0.8 m

Qalxma bucağı: 30º

Motor: UTD-29 dizel

Güc: 500 at gücü

Sürət: 70 km/saat (Şossedə), 10 km/saat (Suda)

Döyüş radiusu: 600 km

Asqı tipi: fərdi burulma bar

Silahlanma

Raket tipi

– 9M123 – tandem kumulyativ lazer idarəli

– 9M123-2 – termobarik radiosiqnal idarəli

– 9M123F – termobarik lazer idarəli

– 9M123F-2 – termobarik radiosiqnal idarəli

Diametr: 150 mm

Raketin uzunluğu: 2.04 m

Qanad genişliyi: 0.31 m

Raketin ümumi kütləsi: 46 kq

Buraxıcı qurğunun kütləsi: 54 kq

Buraxıcı qurğunun dönmə bucağı: -5º +15º (Şaquli); -85º +85º (Üfüqi)

Döyüş başlığının kütləsi: 8 kq (9M123); 6kq (9M123F)

Döyüş hissəsi: tandem – kumulyativ və termobarik

İdarəetmə sistemi: lazer və radiosiqnal

Zirehdəlmə qabiliyyəti: 1000 – 1250 mm

Trayektoriyada orta sürət: 400 metr/saniyə

Atış məsafəsi: 400 – 6000 m

Hədəfi vurma dəqiqliyi: 5 m

Raket sayı: 15 ədəd

– 7.62 mm “PKT” pulemyotu

Kalibr: 7.62 mm

Mərmi: 7.62×54mm R

Atış tezliyi: 750 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 855 metr/saniyə

Atəş məsafəsi: 1.5 km

Maksimal atəş məsafəsi: 4 km

Raket variantları 9M123: Lazer idarəli tandem kumulyativ döyüş başlığı 9M123-2: Radiosiqnal idarəli termobarik döyüş başlığı 9M123F: Lazer idarəli termobarik döyüş başlığı 9M123F-2: Radiosiqnal idarəli termobarik döyüş başlığı

İstifadəçiləri : 37 Azərbaycan Rusiyadan “Xrizantema-S” alır Azeri Defence (13 may 2014). İstifadə tarixi: 26 may 2017Rusiyadan alınan hərbi texnikanın ölkəmizə gətirilməsi davam edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (24 iyun 2017). İstifadə tarixi: 28 iyun 2017 : 28+В артиллерийское соединение ЮВО поступила первая партия новых ПТРК «Хризантема-С» Rusiya Federasiyası Müdafiə Nazirliyi (23 noyabr 2013). İstifadə tarixi: 26 may 2017 Liviya: 14Stockholm Internation Peace Research Institute — Arms Transfers Database İstifadə tarixi: 26 may 2017

Həmçinin bax Tank əleyhinə idarəolunan raket Azərbaycan Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri Liviya vətəndaş müharibəsi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya texnikası