Riçard Qadze () — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubunda hücumçu kimi çıxış edən Qanalı peşəkar futbolçu.

Karyerası

Klub Qadze karyerasına Qana komandalarından olan Ebusua Dvarfs klubunda başlamışdır. 2015-ci ilin sentyabr ayında Hindistan Super Liqası təmsilçilərindən olan Dehli Dinamos klubu ilə müqavilə imzalamışdır. Qadze klubda ilk qolunun 14 oktyabr 2015-ci ildə Puna Siti klubuna qarşı oyunda vurmuş və komandası 2-1 hesabı ilə qalib gəlmişdir.

HJK 25 yanvar 2016-cı ildə Qadze Veikkausliqa təmsilçilərindən olan HJK Helsinki klubuna icarəyə verilmişdir. 7 sentyabr 2016-cı ildə Dehli klubuna geri dönmüşdür.

Zirə 1 fevral 2017-ci ildə Qadze Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə yarım illik müqavilə imzalamışdır. Zirə klubu 30 may 2017-ci ildə Qadze ilə yeni bir illik müqavilə imzaladıqlarını açıqlamışdır.

Milli komanda Qadze 2013-cü ilin noyabr ayında Maksvell Konadunun rəhbərliyi altında Qana millisi ilə 2013 VAFU Millətlər Kubokunda iştirak etmişdir. Finalda Qana millisi Seneqal millisinə 3-1 hesabı ilə qalib gələrək turnirin qalibi olmuşdur.

Karyera statistikası

Klub

+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaÖlkə KubokuLiqa KubokuKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolDehli Dinamos2015Hindistan Super Liqası144---20164201695----95Ümumi239------20259HJK (icarə)2016Veikkausliiqa140200040-200Zirə (icarə)2016–17Azərbaycan Premyer Liqası12300---123Ümumi karyera4912200040205712

İstinadlar

Kateqoriya:Qana futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Hindistan Super Liqası futbolçuları Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:Şerif Tiraspol FK futbolçuları Kateqoriya:İsrail Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Futbol hücumçuları