Yaqub Qurban oğlu Budaqov () — həkim-nevropatoloq, tibb elmləri namizədi və Azərbaycan Respublikasının əməkdar həkimi.

Həyatı Yaqub Budaqov 1927-ci ildə Babək rayonunun Sovetabad kəndində (indiki Xətai küçəsi) anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunun (İndiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirmişdir. 1964-cü ildə tibb elmlər namizədi və Azərbaycan Respublikasının əməkdar həkimi olmuşdur. 1957-ci və 1993-cü illər arasında, Naxçıvan Respublika Xəstəxanasında nevropotologiya şöbəsinin müdiri, eyni zamanda Naxçıvan MR-ın Səhiyyə Nazirliyinin baş nevropatoloqu vəzifəsində işləmişdir. 1993-cü ilin oktyabr ayının 2-də Naxçıvan şəhərində 65 yaşında vəfat etmişdir.

Xatirəsi 1994-cü ildə Naxçıvan MR Psixonevroloji Dispanserinə Yaqub Budaqovun adı verilmişdir.

Həmçinin bax Tahir Budaqov Bahadur bəy Sultanov

İstinadlar

Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Babək rayonunda doğulanlar Kateqoriya:Naxçıvanda vəfat edənlər Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları