Şimal adası — Pyotr adaları qrupunun ən böyük adasıdır. Sahillərini Laptevlər dənizinin suları yuyur. İnzibati baxımdan Rusiyanın Krasnoyarsk diyarı ərazidində yerləşir. Adanın ən hündür nöqtəsi 17 metrdir (şimal-qərbi). Adanın sahəsi 175 km² təşkil edir. Taynır yarımadasından Pyotr boğazı ilə ayrılır (1,2 km). Ərazisi bataqlıqlarla örtülüdür. İqlimi arktikdir. ə onun cənubunda yerləşir. Taymır yarımadasının şərqində yerləşir. Qeyri bərabər formaya malikdir. Şimal-qərbdən cənub-şərqə uzanır. Ucqar nöqtələri: şimali — Mayaçnı burnu. şərqi — Pişiklər burnu. cənubi — Osuşnoy. qərbi — Startovı. Şimalında Vtreç adası, şimal-şərqində Dojdevoy adası, cənubunda isə Adsız adası yerləşir.
Ada 1736-ci ildə Vasili Vasileviç Pronçişev ekspedisiyası tərəfindən kəşf edilmişdir. Mənbə Russian Polar Explorations
Kateqoriya:Pyotr adaları Kateqoriya:Laptevlər dənizinin yaşayış olmayan adaları