Cicimli (əvvəlki adı: Cimcimli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsində kənd. 22 may 2007-ci il tarixli 344-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Cimcimli kəndi Cicimli kəndi adlandırılmışdır.
Toponimikası Cicimli variantında da qeydə alınmışdır. Kəndin ərazisi Laçın r-nunun Cimcimli kəndinə aid qışlaq yeri olmuşdur. XX əsrin əvvəllərində bu kənddən köçüb gəlmiş ailələr qışlaq yerində məskunlaşmışlar.
Coğrafiyası və iqlimi Kənd Qarabağ düzündə yerləşir. Seyid Yusifli kəndi ilə qonşudur.
İstinadlar
Xarici keçidlər Cicimli kəndi 2012
Həmçinin bax
Kateqoriya:Bərdə rayonunun kəndləri