Naxçıvan soyqırımları - XX əsr boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisində XIX əsrdə buraya köçürülmüş ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları

Tarixi arayış Tarixi həqiqətləri təhrif edərək 1915-ci ildə Osmanlı dövründə soyqırıma uğradıqlarını qəbul etdirməyə çalışan ermənilər, öz etdiklərini müxtəlif yollarla gizlətməyə çalışsalar da, sənədlər işığında ermənilərin türklərə qarşı soyqırım siyasəti yeritdikləri ortaya çıxmışdır. “Böyük Ermənistan” ideologiyasından hərəkətlə, Anadolu türkləri ilə yanaşı XX. əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı da qırğınlar edilmiş, insanlar torpaqlarından sürgün edilmişlər. Şübhəsiz ki, Şərq Anadolu və Azərbaycan türklərinə qarşı edilən işgəncə və həyata keçirilən qırğınlar Rusiya, İngiltərə və digər xarici qüvvələrin dəstəyi sayəsində mümkün olmuşdur. Bir sıra məqsədlər uğruna Müsəlman Türk insanını qətl edən və Türk izlərini tarixdən silməyə çalışan ermənilər Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvanda da terror və qırğınlar etdilər. Ermənilər tərəfindən edilmiş olan qırğınların səbəblərini analiz etmək üçün, ilk növbədə, məsələnin ideoloji və siyasi mahiyyətini araşdırmaq lazımdır.

Erməni Milli doktrinası “Böyük Ermənistan ideologiyası”dır. Hai-Taht Doktrinasının əsas sütununu təşkil edən və daha çox mistik, mifoloji hekayələrlə dolu olan bu ideologiya əsas olaraq erməni kilsəsi və ziyalıları tərəfindən əsrlərdir yaşadılan və hər şeyə baxmayaraq tətbiq olunması nəzərdə tutulan milli dəyərlərin doktrinası halına gətirilmişdir. Özlərinin Tanrı tərəfindən “seçilmiş millət” olduqlarını düşünən və öz ideologiyaları ilə Yəhudi ideologiyası arasında bənzərlik qurmağa çalışaraq ermənilər Şərq Anadolu və Azərbaycanın Hz. Nuh tərəfindən onlara vəd edildiyini iddia edirlər. Bununla da kifayətlənməyərək “seçilmiş millət” olmaları səbəbiylə kilsənin də ilk dəfə Ermənistanda qurulduğunu, özlərinin xristianlığın Qafqazdakı qalası və varisləri olduğunu, irəli sürməkdə, ilk xristian dövlət və millətin də Ermənistan və ermənilər olduğunu iddia etməkdədirlər.Küçük Abdurrahman. Ermeni Kilisesi ve Türkler, Ankara: Ocak yayınları, 1997, s. 36-37Uras Esat. Tarihte Ermeniler ve Ermeni Meselesi, İstanbul: Belge yayınları, 1987, s. 126;Kalafat Yaşar, Niyazi Sezgin Mahmut. “Albanlar Tarihi ve Ermeni Kültür Stratejisi”, 2023 Dergisi, sy. 12 (2002), s. 23;Шагинян М. Важное событие истории. “Литературная” газета, 1978, 13 сентябряİlter Erdal. Ermeni Kilisesi ve Terör. Ankara: Ankara Üniversitesi Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi yayınları, 1996, s. 18.

Erməni iddialarına görə, Azərbaycan “Böyük Ermənistan”ın ayrılmaz parçasıdır, Şərq Ermənistan olaraq bilinir.Мнацаканян А.Ш. О литературе Кавказской Албании. Ереван: изд-тво “Академия Наук Армянской ССР”, 1969, c. 47-48Улубабян Б.А. Очерки историй Восточного края Армении (V—VII вв.). Ереван: изд-во “Академия Наук Армянской ССР”, 1982, c. 40 Məlum olduğu kimi, Şərq Anadolu da Qərbi Ermənistan olaraq önə sürülür. Hai-Taht doktrinasına görə, Naxçıvana da ehtiva edən bu bölgələr “itirilmiş torpaqlar”dır. Ermənilər tərəfindən edilən qırğınların əsasını da məhz bu “itirilmiş torpaqlar” iddiası meydana gətirməkdədir. Erməni Milli ideologiyasına görə, “itirilmiş torpaqlar”ın qaytarılması üçün seçilən ən uyğun vasitələr da silahlı mübarizələr, terror və cinayətlərdir. Erməni ideoloqlarından Qrant Markaryan bunları ifadə etməkdədir: “Dünyada qanunların deyil, güc hegemonluğu hakim olduğu müddətcə Taşnaksütyun siyasi və ideoloji hərəkətlə yanaşı, qanuni və inqilabçı güc olaraq varlığını davam etdirmək məcburiyyətindədir”.İbrahimli Haleddin. Değişen Avrasya’da Kafkasya. Ankara: ASAM yayınları, 2001, s. 44.

Bu düşüncəyə görə, həmin üsullar haqq və ədalətin gerçəkləşdirilməsi məqsədi ilə məqbul və mümkün vasitə kimi mənimsənir. Bunu digər Taşnaksütyun ideoloqlarından Eduard Oganesyan'ın münasibətində daha aydın görmək mümkündür: “Ədalət müqəddəs bir dəyər qədər daim qanundan yüksəkdə dayanmır. Bu müqəddəs dəyərin reallaşması üçün qanunları nəzərə almamaq, hətta lazım gəlsə zor yolu ilə aradan qaldırmaq mümkündür”. İbrahimli Haleddin, a.k.ə., s. 44.

Düşüncə, göründüyü kimi çox açıqdır. Məsələnin siyasi çərçivədə incələnməsi məsələsinə gəlincə, beynəlxalq diplomatiyada 1877-1878 Osmanlı-Rus müharibəsi və Berlin Konqresi sonrasında ortaya çıxan Erməni məsələsinin dərin kökləri əslində XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi, dolayısı ilə 1828-ci il tarixli Türkmənçay müqaviləsi ilə başlayır. XIX əsrin əvvəllərində və sonrakı dövrlərdə davam edən soyqırımların, eyni zamanda günümüzdə Ermənistan ilə Azərbaycan arasındakı qarşıdurmaya səbəbiyyət təşkil edən Qarabağ probleminin kökünü də heç şübhəsiz Türkmənçay Andlaşmasında axtarmaq lazımdır. XIX yızyılın ilk illərindən etibarən Rusiyanın tətbiq etdiyi “ermənilərin köçürülməsi siyasəti” Azərbaycan torpaqlarının demoqrafik strukturunun Rusiyanın maraqları istiqamətində formalaşmasına səbəb olmuşdur. Rusiya ermənilərin Azərbaycana köç etmələrini təmin etmək üçün İrəvan və Naxçıvanda köç komitələri meydana gətirmiş və köç edənlərə xüsusi imtiyazlar vermişdir. Bu kontekstdə ermənilər Şimali Azərbaycanda Naxçıvan, İrəvan və Qarabağda məskunlaşdırılmış və bu şəkildə Azərbaycan torpaqlarının demoqrafik strukturu ermənilərin lehinə dəyişmişdir.

Ermənilərin Cənubi Qafqaza, xüsusilə də Azərbaycana 1828-ci il tarixli Türkmənçay müqaviləsindən sonra gəldikləri tarixi bir həqiqətdir. Mənbələrdə bu məskunlaşdırılma siyasətinin Azərbaycan türklərinin evlərinə zorla sahib olaraq qeyri-qanuni yollarla reallaşdığı qeyd olunur.Глинка С.Н. Описание переселения армян азербайджанских в пределы России, с кратким предварительным изложением исторических времен Армении. Баку: Элм, 1990, c. 114Ениколопов И.К. Грибоедов и Восток. Ереван: Айпетрат, 1954, c. 135.

Evləri əllərindən alınan Azərbaycan türklərinin böyük əksəriyyəti ya yox edildi və ya köçə məcbur edildi.Geniş məlumat üçün bax: Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. СПб.: В типографии Императорской Академии Наук, 1852, c. 510-518 Müsəlman türk əhalinin yox edilməsi ya da köç etmə məcburiyyətində buraxılması rusların bu bölgənin demoqrafik strukturunun İrandan və Osmanlı imperiyasından gətirilmiş ermənilər sayəsində dəyişdirilməsinə böyük şərait yaratdı. Bu köç hərəkətlərinin ağır bir nəticəsi olaraq ermənilərin bir qisminin yerləşdirildiyi İrəvan və Naxçıvan xanlıqları, 1828-ci ildə “Erməni Vilayəti” deyilən yeni bir dövlət inzibati vahidinə çevrildi.Собрание Актов Относящихся к Обозрению Истории Армянского Народа, т. 1, Москва, 1833, s. 178-179.

Osmanlılara və Türk Qacarlara qarşı tampon bölgə meydana gətirməyi qarşıya qoyan Rusiya “Erməni Vilayəti”ni meydana gətirməklə Ermənilər üçün gələcəkdə qurulacaq Ermənistan dövlətinin də əsasını qoymuş oldu. Radikal milliyyətçi fikirləri ilə tanınan Zori Balayan “Ocaq” adlı kitabında “1828-ci ildə məşhur Türkmənçay müqaviləsi olmasaydı, rus əsgərləri olmasaydı, günümüzdə müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni yaşayış mərkəzləri olmayacaqdı”, deyərək gerçəkləri ifadə etməkdədir.Балаян З.Г. Очаг. Ереван: Советакан грох, 1984, с. 120, 273

Rusiya bölgədə ermənilərin demoqrafik strukturunda ciddi dəyişikliklərin edilməsi üçün İrandan sonra Osmanlı dövlətindən də köç işini sürətləndirdi. 1829-ci il tarixli Ədirnə anlaşmasına əsasən 84 min erməni Osmanlının bəzi bölgələrindən Azərbaycan torpaqlarına gətirildi.Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцамъ. Баку: Элм, 1990, , с. 63-64;Нерсисян М.Г. Из истории русско-армянских отношений. Книга I, Ереван: изд-во “Академия Наук Армянской ССР”, 1956, с. 227.

Çar Rusiyası tərəfindən Erməni Vilayətinin yaradılması heç şübhəsiz öz təsirini göstərdi və ermənilərin torpaq iddialarına zəmin hazırladı. Torpaq ididaları və Böyük Ermənistan iddiaları böyük dövlətlərin siyasi münasibətləri çərçivəsində qloballaşdı. 1870-ci illərə qədər böyük dövlətlərin siyasi münasibətlərində "Erməni Məsələsi" olmamışdır. Lakin müstəmləkəçilik siyasəti genişləndikcə və Rusiya ilə İngiltərə arasında rəqabət qızışdıqca ermənilər bu yolda dini, milli-siyasi metoda çevrildilər.

“Böyük dövlətlər” anlayışını boş yerə istifadə etmirik. Çünki böyük dövlətlərin siyasi münasibətləri və diplomatik müdaxiləsi olmadan heç bir milli problem “qlobal məsələ” səviyyəsində diqqəti çəkməz. Keçmişə nəzər salsaq görərik ki, Rusiya Balkanların qısa tarixi müddət içərisində öz maraqları baxımından strateji rol oynayamadığını anlayınca Osmanlıya qarşı yeni planlar hazırlaması üçün siyasi-ideoloji metodları olan “ənənəvi erməni kartı”na müraciət etdi. Daha doğrusu, “Erməni məsələsi”nə öz geosiyasi planlarında xüsusi bir yer ayırmağı məqsədlərinə və maraqlarına uyğun gördü. Və qısa bir müddət sonra qurulacaq olan erməni komitələrindən də faydalanmağa çalışdı. Rusiya erməni üsyanları və qarğaşalarını çıxarmaqla Avropaya və orada cərəyan edən hadisələrə müdaxilə etmək yollarını axtarırdı. Ümumiyyətlə, “Erməni məsələsi” ilə ciddi şəkildə maraqlanan böyük dövlətlər, əslində öz siyasətlərində ermənilərdən bir vasitə olaraq istifadə üstünlük vermişlər. Dünya qədər köhnə olan “parçala və hökm et” ifadəsinin şüurlarına hakim kəsilən ingilislərin çox məşhur diplomatlarından Lord Kerzonun söylədikləri olduqca düşündürücüdür: “Türkiyə müsəlmanları ilə digər şərq ölkələrinin müsəlmanları arasında tampon bir dövlətin yaradılması qaçılmazdır. Problemin aradan qalxması üçün yeni Erməni dövləti təzahürünə xristian bir birliyin yaradılması vacibdir”.Джордж Ллойд. Правда о мирных договорах. В 2-х томах: Перевод с английского. Т. 2 / Д.; Под ред.: Волков Ф.Д., Никонов А.Д., Москва: издательство “Иностр. Литературы”, 1957, с. 427

“Erməni məsələsi”nin böyük dövlətlər tərəfindən gündəmə gətirilməsi, antitürk düşüncəsindən qidalanan erməni millətçiliyi üçün bu günə qədər mühüm mənəvi-siyasi atmosfer yaratmışdır. Separatizm anlayışından faydalanmaq erməni kimliyinin tarixi inkişafı məntiqindən doğsa da, daha çox erməni milliyyətçiliyinin ayrılmaz parçasına çevrilmişdir və bu gün də erməni şovinistlərinin şüurunu bəsləyir. Qeyd edək ki, “Böyük Ermənistan” idealını erməni milliyyətçiliyinin mental elementi olaraq formalaşdıran müxtəlif erməni təşkilatları və partiyaları da Avropa ölkələrində və Rusiyada ortaya çıxmışdır.

Rusiya və Qərbin da dəstəyini alan ermənilər öz iddialarını şiddət yolu ilə reallaşdırmağı uyğun gördülər. 1870-ci illərdən etibarən aktiv olaraq canlanmağa başlayan erməni ideoloqları erməni kimliyini ən radikal şəkildə bölgədəki xalqlar üzərində yaymağa çalışırdılar. Daşnaksütyun bu kimliyin bir növ lokomotivi rolunu oynayırdı.

1890-cı ildə erməni millətçiləri bir neçə təşkilatın çətiri altında təşkilatlanmışdılar. Bu tarixdə erməni təşkilatlarının sürətlə silahlandıkları müşahidə edilir. Bunun üçün səbəb olaraq özlərini qorumaq hüququndan faydalanmaq üçün bir bəhanə uydurulmuşdur. Anadoludakı erməni birlikləri arasında daimi olaraq hər həftə yığıncaqların təşkil edilir və bu yığıncaqlarda erməni milli kimliyinə dair təhrikedici xüsusiyyətdə müzakirələr aparılır, eyni zamanda ermənilərdə türklərə və digər müsəlman birliklərə qarşı nifrət hissinin meydana gəlməsinə çalışılırdı. Təşkilatlanmalar qısa zamanda Anadolunun daxilində yaşayan bütün ermənilər arasında yayıldı. 1890-cı ildən etibarən Anadoluda erməni qiyamları getdikcə genişlənməyə başladı.

Yeganı millət və dövlət şüuru ilə qızışan, üstəlik Anadoluda silah təcrübəsi qazanmış olan erməni birlikləri öz fəaliyyətlərini Qafqaz bölgəsinə də yaydılar və “Dənizdən dənizə Böyük Ermənistan” ideologiyasının reallaşması üçün ikinci cəbhəni, yəni Azərbaycan cəbhəsini açdılar. Çünki Azərbaycanda onları maraqlandıran bir problem meydana çıxmışdı: Bakının neft şəhəri mövqeyinə yüksəlməsi.