Hyu Loftinq(, ) — İngilis uşaq yazıçısı, doktor Aybolitin prototipi olan Doktor Dulittl haqqında əsərlər silsiləsinin müəllifi.

Həyatı Hyu Con Loftinq 14 yanvar 1886-cı ildə Böyük Britaniyada, Meydenxeddə (Berkşir qraflığı) anadan olmuşdur. ABŞ-də Massaçusets texnoloji institutunu, 1907-ci ildə London Politexnik institutunu bitirmişdir. Mühəndis kimi Kanadada, Cənubi Afrikada, Kubada işləmişdir. 1912-ci ildən Nyu-Yorkda yaşamağa başlayır. Onun yazıçılıq karyerası da burada başlayır.

H.C.Loftinq Birinci Dünya müharibəsində iştirak edir, yaralanır və ordudan tərxis olunur. 1919-cu ildə ailəsi ilə birgə Nyu-Yorka qayıdır və yazıçılıq fəaliyyətini bərpa edir. Müntəzəm olaraq doktor Dulittlin macəraları haqqında kitablarını nəşr etdirir. Yazıçı eyni zamanda mühazirələrlə çıxış edir və daim öz gənc oxucuları ilə əlaqə saxlayır. Sonralar Kaliforniyaya köçən yazıçı 1947-ci ildə burada vəfat edir.

Əsərləri Doktor Dulittl haqqında əsərlər silsiləsi, Doktor Dulittlın səyahəti, Doktor Dulittlın sirki, Doktor Dulittlın zooparkı, Hay-küyçü Nora və s.

İstinadlar

Kateqoriya:Britaniya yazıçıları Kateqoriya:XX əsr Britaniya yazıçıları Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:XX əsrin İngiltərə romançıları