Cənnətqaya yaşayış yeri — Şərur rayonundakı Tənənəm kəndinin şərqində son Tunc və ilk dəmir dövrlərinə aid yaşayış yeri.

Ümumi məlumat "Ağ zirət" deyilən yerin yaxınlığındadır. Hər tərəfdən dağlarla əhatə olunmuş abidənin sahəsi 6 hektara yaxındır. Aşınma nəticəsində əmələ gəlmiş yarğanlarda mədəni təbəqənin (bəzi yerlərdə 50 sm qalınlığındadır) kəsiyi alınmışdır. Yerüstü materiallar çəhrayı və üzəri cızma xətlərlə [naxışlanmış boz rəngli kasa və küpə tipli tuf daşından hazırlanmış dən daşından ibarətdir. Saxsı qab məmulatı, əsasən Son Tunc və İlk Dəmir dövrləri üçün səciyyəvidir. Tapıntılara əsasən yaşayış yerinin e.ə. II–I minilliklərə aid olduğu ehtimal edilir. Naxçıvan ensiklopediyası. Bakı.2002.səh:594

İstinadlar

Xarici keçidlər Tənənəm kəndi Burda tarix yaşayır, burda tarix qorunur

Kateqoriya:Şərur rayonunun qədim yaşayış yerləri