Honşu (), həmçinin Hondo, Hippon — Yaponiyanın ən böyük adası.
Coğrafiya thumb|left|250px|Fuci vulkanı Adanın uzunluğu 1300 km, eni isə 50 – 230 km arasında dəyişir. Sahəsi 227 969,74 km² təşkil edir. Bu isə Yaponiya ərazisinin 60 % deməkdir. Honşu adası Britaniya adasından bir qədər kiçikdir. Sahil xəttinin uzunluğu 5450 km təşkil edir.
Honşunun reylefi dağlıqdır. Onlar arasında vulkanlar üstünlük təşkil edir. Onlar arasında ən böyüyü Fuci dağıdır. Onun hündürlüyü 3776 m təşkil edir. Vulkan Yaponiyanın rəmzi sayılır. Bu hündürlüyə görə ada dünyada 7-cidir. Adanın ən böyük çayı Şinano çayıdır. Adanın iqlimi rəngarəngdir. Burada şimal kontinental, cənub isə tropikdir. Adada tez-tez zəlzələlər baş verir. Səbəb isə üç tavanın toqquşduğu yerdə yerləşməsi ilə əlaqədardır. Adanin menseyi vulkanik menseydir.
Region və prefekturaları Ada bütünlükdə 5 regiona və 34 prefekturaya bölünmüşdür. Bura daxil olan prefekturaların ərazisinə digər adalarda daxildir:Bonin adaları, Sado, İzu-Oşima və Avaci.
Tohoku regionu — Aomori, İvate, Miyaqi, Akita, Yamaqata, Fukuşima. Kanto — İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava. Çabu — Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Gifu, Şizuoka, Aiçi. Kansay — Mie, Şiqa, Kioto, Osaka, Heqo, Нара, Vakayama. Çoqoku — Tottori, Şimane, Okayama, Hiroşima, Yamaquçi.
Şəhərləri Tokio, Sendai, Osaka, Kyoto şəhərləri bu adada yerləşir.
Əhalisi XIX əsrdə adada Aynlarda yaşayırdılar. Sonradan onlar Hokkaydaya köçmüşlərHonda Kasuiti (2000). Harukor: an Ainu woman's tale. University of California Press. p. 7.. Adada hazırda 100 000 000 insan yaşayır (2010 il).
İstinadlar
Ədəbiyyat 『角川日本地名大辞典』全50巻、東京:角川書店、1987–1990 ("Большой словарь названий местностей Японии издательства Кадокава". В 50 томах, Токио:Кадокава шотен, 1987–1990)
Həmçinin bax Hokkaydo Kyuşu Şikoku
Kateqoriya:Yaponiya adaları Kateqoriya:Sakit okeanın adaları