Kayl Volker-Peters () — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Tottenhem Hotspur klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərəli futbolçu.
Klub karyerası
Tottenhem Hotspur Volker-Peters 1 iyul 2013-cü ildə Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. O, klubu ilə debütünü 2015-ci ilin may ayında Malayziya və Avstraliyada keçirilən mövsümdən əvvəlki hazırlıqda etmişdir. 2015-ci ilin dekabr ayında Kayl Spörs klubu ilə Premyer liqada ayın ən yaxşı U-21 futbolçusu seçilmişdir. Uolli Douns Jr The Sun qəzetinə müsahibəsində Volker-Petersi "dahi 20 yaşlı Tottenhem akademiyasının sağ cinah müdafiəçisi" və "Yeniyetmə 10 nömrə olmasa da, cinah yarımmüdafiəçisi sürətinə malikdir" kimi təsvir etmişdir. 2017-ci ilin fevral ayında Kayl klub ilə 2019-cu ilə qədər yeni müqavilə imzalamışdır.
Milli karyerası Volker-Peters baş məşqçi Peyl Simpsonun rəhbərliyi altında 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir. O, final görüşü də daxil olmaqla beş görüşdə iştirak etmişdir. İngiltərə millisi 1966-cı ildən sonra ilk dəfə futbol üzrə Dünya Çempionatının qalibi olmuşdur.
Uğurları İngiltərə FİFA U-20 Dünya Çempionatı 2017
İstinadlar
Xarici keçidlər Profile at Tottenhamhotspur.com
Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Sauthempton FK futbolçuları Kateqoriya:Vest Hem Yunayted FK futbolçuları Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərə U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları