Şamil Əlirza oğlu Rasizadə () — Azərbaycan SSR dövlət xadimi və Sovet kənd təsərrüfatı alimi. Maarifçi və marksist inqilabçı Əlirza Rasizadənin oğlu.
Həyatı Şamil Rasizadə 1916-cı ilin dekabrın 28-də Naxçıvan şəhərində tanınmış bir maarifçi, sosialist inqilabçı və Naxçıvan MSSR-in təsisçilərindən biri olan Əlirza Rasizadənin ailəsində dünyaya gəlmişdir. Azrevkomun komissarı olan atası Əlirza 1923-cü ildə kənd rayonlarında ezamiyyət zamanı vəfat etdi. Əlirzanın qardaşı, görkəmli dramaturq Hüseyn Cavid Rasizadə, onun Bakıdaki mənzilini və əmlakını sataraq, 7-yaşlı Şamili vətəndaş müharibəsi yetimləri üçün uşaq evinə verdi, anası Səkinə-xanım isə yerlərdə Sovet hökumətini təşkil etmək məqsədilə Quba rayonuna göndərildi.Сакина Расизаде: Нас спасла советская власть (интервью). "Вышка" (Баку), 29.XI.1954.
1935-ci ildə Şamil Rasizadə Kirovabad (Gəncə) şəhərində yerləşən Kənd Təsərrüfatı Institutuna daxil olub, 1940-cı ildə onu zootexnik ixtisası üzrə bitirdi. Lakin tarix elmi onu daha çox maraqlandırırdı, buna görə də o, 1940-cı ildə Bakı şəhərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil oldu. Amma müharibə universiteti bitirməyə imkan vermədi və Şamil Rasizadənin gələcək taleyi Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı oldu.Şamil Rasizadənin tarixçi olmaq arzusu onun oğlu Əli Rasizadə tərəfindən həyata keçirildi: o, həmin Azərbaycan Dövlət Universitetinin tarix professoru oldu.
1941-ci ildə sürətləndirilmiş topçular kurslarını bitirib, Şamil Rasizadə Şimali Qafqaz cəbhəsində zenit artilleriya bölmələrində vuruşub, tezliklə mayor rütbəsində divizion komandiri vəzifəsinə çatdı.А.A.Гюльмамедов и Р.A.Туманян. Они отстояли Кавказ (серия статей к 30-летию победы): Шамиль Расизаде. = "Бакинский рабочий" (Баку), 28.IV.1975. 1942-ci ildə yaralandıqdan sonra Şamil Rasizadə doğma Naxçıvan şəhərinə işə göndərildi və orada Naxçıvan MSSR Nazirlər Sovetinin sədr müavini təyin olundu.Депутаты Верховного Совета Азербайджанской ССР (биографический справочник): Расизаде Шамиль Алиевич. Издательство Азернешр, Баку, 1973, стр.283. Bu vəzifədə o, müharibə illərində Naxçıvan MSSR əhalisinin yerli istehsal olunmuş bütün ərzaq məhsulları ilə təchizatının təmin olunmasına nail olmuşdur. Oradaca (Naxçıvanda) o, 1946-cı ildə Bilqeyis Heydər qızı Vəliyevaya (1926–1981) evləndi.
1946-cı ildən etibarən Şamil Rasizadə Bakıya, Azərbaycan SSR Sovxozlar nazirliyinin heyvandarlıq şöbəsi müdiri vəzifəsinə keçirilir. 1954-cü ildə üç aqrar (sovxozlar, tədarük və əkinçilik) nazirliklərin birləşməsi nəticəsində o, Azərbaycan SSR-in vahid Kənd təsərrüfatı nazirliyində eyni vəzifəni tutur. 1958-ci ildə Şamil Rasizadə Azərbaycan SSR Dövlət Plan Komitəsində (Госплан) kənd təsərrüfatı şöbəsi müdiri vəzifəsinə təyin edildi, 1960-cı ildə isə Azərbaycan Kommunist partiyası Mərkəzi komitəsinin kənd təsərrüfatı şöbəsi müdiri vəzifəsinə təyin olundu.Депутаты Верховного Совета Азербайджанской ССР (биографический справочник): Расизаде Шамиль Алиевич. Издательство Азернешр, Баку, 1976, стр.286. Həmin ildə o, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi üzvü seçildi.Материалы пленума ЦК Компартии Азербайджана. = "Коммунист" (Баку), 22.III.1960.
Şamil Rasizadə 1959–1960-cı illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini, 1962-ci ildən kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü nazirinin birinci müavini, 1963–1965-ci illərdə müavini, 1965-ci ildən isə yenidən kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində işləmişdir. 1963-cü ilin seçkilərində Azərbaycan SSR-in altıncı çağırış Ali Sovetinin deputatı seçildi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi kimi hakimiyyətə gəlişindən sonra, 1970-ci ildə Şamil Rasizadə kənd təsərrüfatı məsələləri üzrə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin olundu.Указ Президиума Верховного Совета Азербайджанской ССР "O назначении т. Расизаде Ш.А. заместителем председателя Совета министров Азербайджанской ССР" от 21 июня 1970 года. = "Ведомости Верховного Совета Азербайджанской ССР" (Баку), 1970, № 12, статья 98. 1971–1984 illərdə o, yenidən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilərək, Sovet İttifaqı Kommunist Partiyasının XXV (1976) və XXVI (1981) qurultaylarının nümayəndəsi oldu.Списки делегатов XXV и XXVI съездов КПСС. = Справочник по истории Коммунистической партии и Советского Союза (1898–1991).
1982-ci ildə Heydər Əliyevin Moskvaya işə gedəndən sonra və Perestroyka ilə əlaqədar Azərbaycan SSR-in rəhbərliyinin dəyişdirilməsi prosesində Şamil Rasizadə 1984-cü ildə Azərbaycan SSR Nazirlər Şurasından təqaüdə göndərildi. İstefanın səbəbi Şamil Rasizadənin SSRİ-də başlayan alkoqol əleyhinə kampaniya zamanı özünün əkdiyi üzüm bağlarını məhv etməkdən imtina edərək, Yenidənqurma siyasətinə müqavimət göstərməsi olmuşdur.Постановление пленума ЦК Компартии Азербайджана. = "Бакинский рабочий" (Баку), 19.XI.1984. Təqaüddə olarkən Azərnəşrin kənd təsərrüfatı şöbəsi müdiri vəzifəsində çalışmışdır.
1991-ci ildə Sovet hakimiyyəti dağıldıqdan sonra Şamil Rasizadə, təbiətən təmiz və namuslu bir insan olaraq, xalq təsərrüfatının (o cümlədən özünün yaratdığı aqrar-sənaye dövlət müəssisələrinin) vəhşicəsinə özəlləşdirilməsinə buraxılmadı. Ömrünün son iki ilində yoxsulluğa düşdü, çünki hiperinflyasiya onun pul əmanətlərini tezliklə yox etdi.Atamın 1991–1993 illərdə məktubları (ingilis dilinə tərcüməsi). = Alec Rasizade. Azerbaijan after a decade of independence: less oil, more graft and poverty. = Central Asian Survey (London: Taylor & Francis), December 2002, volume 21, number 4, pages 349–370. Ömrünün son illərində o, ABŞ-a mühacirət edən uşaqlarından pul köçürmələri hesabına yaşayırdı. 1993-cü ilin iyulun 1-də, Bakıya Heydər Əliyevin hakimiyyətə qayıdışı günü, Şamil Rasizadə vəfat etdi. Bakı şəhərində Azərbaycanın görkəmli xadimləri sırasında Fəxri xiyabanda dəfn edilib.Birinci Fəxri xiyabanda dəfn olunanların siyahısı. Kənd təsərrüfatı, elmi-təcrübi və dövlət quruculuğununda görkəmli xidmətlərinə görə Şamil Rasizadə çoxsaylı SSRİ orden, medallar, mükafatlar və fərmanlarla təltif olunmuşdur.Şamil Rasizadə haqqında bax Fuad Axundovun videosuna 1:21 dəqiqədən.
Dövlət fəaliyyəti Respublika Nazirlər Şurası sədrinin müavini vəzifəsində olarkən (və o zamankı Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin rəhbərliyi altında) Şamil Rasizadə Azərbaycanın kənd rayonlarındaki ənənəvi hökm sürən mafioz qurumlarına və kənd təsərrüfatının inkişafına mane olan korrupsiyaya qarşı barışmaz bir mübarizəni başladı.Ш.А.Расизаде (член ЦК КП Азербайджана). Избавить сельского труженика от пут местных органов. = "Партийная жизнь" (Москва), февраль 1972, № 3, стр.58–69. Nəticədə aqrar sektorun məhsuldarlığı Azərbaycanın tarixində indiyədək bərabəri olmayan rekord göstəricilərinə çatmışdır.Müqayisə üçün bax: "Сельское хозяйство Азербайджана" (cari göstəriciləri) və "Сельское хозяйство Азербайджанской ССР" (статистический сборник ЦСУ Азербайджанской ССР). Издательство Азернешр, Баку, 1985, 219 стр.
Şamil Rasizadənin rəhbərliyi altında Azərbaycan öz tarixində ilk dəfə olaraq əkinçilik və heyvandarlıq məhsulları ilə özünü tam şəkildə təmin etməyə malik oldu.Выступление т. Расизаде Ш.А. = XXIX съезд Компартии Азербайджана (1976 год): стенографический отчёт. Издательство Азернешр, Баку, 1977, стр.166–173. Eyni zamanda (aqrar-sənaye kompleksin yaradılması ilə) tərəvəzçilik məhsulları SSRİ-nin şimal bölgələrinə ixrac olunmağa başladı.Выступление т. Расизаде Ш.А. = XXX съезд Компартии Азербайджана (1981 год): стенографический отчёт. Издательство Азернешр, Баку, 1982, стр.98–103. Bu nailiyyət indiyə qədər üstələnmiş olmayıb: müstəqillik aldıqdan sonra Azərbaycan özünün ərzaq məhsullarına olan tələbatının 80 faizini hazırda kənardan idxal etməli olur.
Şamil Rəsizadənin təşəbbüsü ilə hazırlanmış və onun rəhbərliyi altında tətbiq olunmuş bir neçə kənd təsərrüfatı layihənin icrası nəticəsində Azərbaycan SSR rekord miqdarda pambıq məhsulunun tədarükünə (ildə 1 milyon ton), tarixdə görünməmiş üzüm yığımına (ildə 1 milyon ton) və hər il bir neçə milyon ton ixrac olunan tərəvəzçilik məhsullarının istehsalına nail oldu.Материалы ХХХ съезда Компартии Азербайджана (1981 год). Издательство Азернешр, Баку, 1981, стр.18–23, 57–62. Respublikada əkinçilik və heyvandarlıq məhsullarına yerli əhalinin tələbatını tam təmin etmiş aqrar-sənaye kompleksi yaradılmışdır. Bütün bu nailiyyətlər SSRİ dağılandan sonrakı dövrdə özəlləşdirmə nəticəsində ləğv edilmişdir və Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi o vaxtkı rekordların hətta bir hissəsinədə çatmır.
Azərbaycan SSR kənd təsərrüfatının rəhbəri olaraq, Şamil Rasizadə 1978-ci ildə Macarıstana və 1981-ci ildə Suriyaya SSRİ kənd təsərrüfatı nümayəndə heyətlərinə başçılıq etmişdir. Habelə o, 1970–1984-cü illərdə Azərbaycan pambıqçılarının hər il Özbəkistana baş çəkən təcrübə mübadiləsi və yoxlama briqadalarına rəhbərlik edirdi.Ш.А.Расизаде. Что мы видели в Узбекистане. = "Коммунист Азербайджана" (Баку), ноябрь 1979, стр.63–77. Macarıstanda o, quş əti istehsalı praktiki təcrübəsini öyrənib Azərbaycanda broyler fabrikləri şəbəkəsini təşkil etmiştir. Özbəkistan təcrübəsini isə Azərbaycanın quru çöl rayonlarında suvarma kanallar sisteminin yaradılmasında istifadə etmişdir. Bu məqsədlə o, Azərbaycan SSR kənd təsərrüfatı naziri və Nazirlər Şurası sədrinin müavini vəzifələrdə 21 il ərzində işləyərkən, faktiki olaraq Azərbaycanın müasir irriqasiya sistemini yaratmışdır.
Quraqlıq şəraitində davamlı məhsul verən yerli taxıl növlərini və düzgün suvarma şəraitində naziklifli pambığın yetişdirilməsi üçün Şamil Rasizadə həmçinin Naxçıvan, Ağdam, Şəki, Lənkəran, Quba, Şamaxı və Gəncə zonalarında seleksiya stansiyaları şəbəkəsini yaratmışdır.Ш.А.Расизаде. Вопросы селекции зерновых для засушливых степей Азербайджана. = "Вестник сельскохозяйственной науки" (Москва), 1978, № 7, стр.53–70. Bunlardan əlavə o, 1970-ci illərdə Azərbaycanda şərabçılıq mədəniyyətinin yüksəldilməsi üzrə kampaniyaya başçılıq edib, çünki bu ölkədə müsəlman əhalisi islam qadağa ilə əlaqədar şərabçılıqla tarixən məşğul olmurdu. Yeni üzümlüklərin salınması ilə yanaşı, Şamil Rasizadə demək olar ki, hər bir rayonda yerli şərablar və konyaklar istehsalı müəssisələrini açırdı. Onların məhsulları SSRİ-də və xaricdə o zaman böyük populyarlıq qazanmışdır.
Elmi işləri Şamil Rasizadənin Azərbaycanda heyvandarlığın inkişafına elmi töhfəsi əsasən təmiz qanlı cins atların bərpasından və həmçinin Qafqaz şəraitinə uyğunlaşdırılmış iri və xırdabuynuzlu heyvanların yerli növlərinin yaradılmasından ibarətdir. Avstriya, İsveçrə, Almaniya, Hollandiya və Danimarkadan bu bölgəyə gətirilən cins mal-qara öz məhsuldarlığını itirirdi, ona görə də heyvandarların qarşısında bu cinslərin yerli şəraitə uyğunlaşdırmaq vəzifəsi qoyulmuşdur. Şamil Rasizadənin seleksiya işləri nəticəsində Qafqaz respublikalarının yerli iqlim şəraitinə əla uyğunlaşdırılmış "boz qafqaz cinsli qaramal" (кавказская бурая) adlı mal-qara cinsi yaradılmışdır. Düzgün saxlanma şərti ilə bu mal-qara Alp dağlarında otlayan Avstriya, İsveçrə, Fransa, İtaliya və Almaniyanın ən məhsuldarlı cinslərindən geri qalmırdı.Генетические ресурсы сельскохозяйственных животных в России и сопредельных странах (справочник). Издательство ВНИИГРЖ, Санкт-Петербург, 1994: Кавказская бурая. Ona görə də, bunun ilə yanaşı, Şamil Rasizadə yerli əhali arasında yorulmadan maldarlıq mədəniyyətinin yüksəldilməsini təbliğ edirdi və bunun üzrə yerli yeyvandarlar üçün xüsusi təlimat kitabı yazmışdır.Ш.А.Расизаде. Культура высокогорного скотоводства. Издательство Колос, Москва, 1969, 193 стр.