Sorevnavaniya adası — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Taymır yarımadasından Ptensovoy laqunu ilə ayrılır. Ada 3,5 km enə və 5 km uzunluğa malikdir. Şimal nöqtəsi — Primetnıy burnu, cənub nöqtəsi — Plavnikovıy burnu. Adanın cənubunda Utinoe gölü yerləşir. Üzəri mamırla örtülmüşdür. Kara dənizində, Markqam adasından 7 km cənubda yerləşir.

Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Krasnoyarsk diyarı adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları