Donuzqıran dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3392,0 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin  andezitli porfirit lavalarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz  seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən  Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Şimal-qərb yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir.

Həmçinin bax: Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad) Almalıdağ

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları