thumb thumb İnternet forumu () – veb-saytın ziyarətçilərinin ünsiyyətini təşkil etmək üçün veb-proqramlar sinfi. Forumun işinin mahiyyəti istifadəçilərin (forum iştirakçılarının) müzakirə etmək üçün müəyyən mövzular yaratmaları və bu mövzular daxilində məlumat göndərməklə müzakirələr aparmalarından ibarətdir. Ayrıca götürülmüş mövzu, əslində, tematik qonaq kitabıdır. İstifadəçilər elan olunmuş mövzu haqqında şərhlər verə, onunla bağlı suallar verə və cavablar ala, eləcə də özləri başqa istifadəçilərin suallarını cavablandıra və onlara məsləhətlər verə bilərlər. Mövzu daxilində sorğular (səsvermə) da keçirilə bilər. Suallar və cavablar forumun verilənlər bazasında saxlanılır və gələcəkdə həm forum iştirakçıları, həm də istənilən İnternet istifadəçisi üçün faydalı ola bilər. Forumların mövzuları həyatın bütün sahələrini əhatə etməklə çox rəngarəng ola bilər.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər Xenforo Forums Delphi Forums Adobe forums posting guidelines The Purple Martin Forum Posting Policy Ubuntu Forums: The BUMP Thread Threadbombing: Bump Images Why people like to use Internet forums

Kateqoriya:Groupware

Kateqoriya:Çat Kateqoriya:Sosial məlumat emalı

Kateqoriya:Kütləvi informasiya vasitələri Kateqoriya:İnternet slenqi