Düzibalğanş dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1823,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkesin qolunun suayırıcısında zirvə. Parağa kəndindən 1 km cənub-şərqdə, Parağaçayın sol sahilindədir. Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şimal yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.
Həmçinin bax: Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad) Almalıdağ
İstinadlar
Kateqoriya:Ordubad rayonunun dağları