Söyüdlü bilan məhəlləsi — Naxçıvan şəhərində qədim məhəllə adlarından biri.
Adının tarixçəsi və etimologiyası Məhəllə adı XIX əsrin sonlarına qədər əhali arasında işlədilmiş və tədricən unudularaq yaddaşlara köçmüşdür. Əhalinin dediyinə görə Bazarçaydan çəkilən arx məhəllədən keçdiyi və arx ətrafında söyüd ağacları əkildiyinə görə bura "Söyüdlü arx" da deyilmişdir.
Mənbələrin məlumatına görə 1899-cu ildə böyük rus şairi A. S. Puşkinin anadan olmasının 100 illiyi münasibətilə Söyüdlü bilan küçəsinə onun adı verilmişdir. Küçə 1990-cı il hadisələrinə qədər A. S. Puşkinin adını daşımış, sonra küçənin bir hissəsinə İdris Məmmədov, digər hissəsinə isə Məhəmməd Əmin Rəsulzadənin adı verilmişdir. 1993-cü ildə küçənin M. Rəsulzadə adlanan hissəsi İstiqlal adı ilə əvəzlənmişdir.
Tədqiqatçıların yazdığına görə toponimin bilan hissəsi ’’ruscadakı plan sözünün təhrif olunmuş forması olub, "düz küçə" mənasında işlənir. Naxçıvanda indiki Puşkin küçəsinə Bilan deyərdilər — "Gəlin gedək bilana gəzməyə"Əhmədov M. Naxçıvan şivələrinin lüğəti. Atalar sözləri. Bakı: Gənclik, 1997, s.16. Toponimin mənasını "küçədəki söyüd ağaclarının çoxluğu ilə əlaqələndirirlər".Bağırov A. Onomalogiya problemləri, (2 cilddə), I cild. Bakı: Elm və təhsil, 2010, s. 357
Bilan sözünün mənşəyi Məhəllə adının bilan komponenti qədim türk dillərində "məhəllə", "dəhliz", "küçə" mənasında işlənən balan//palan sözü ilə bağlıdır. Bakı şəhərində də bilan sözünün iştirakı ilə Zərgər palan məhəllə adı indi də işlədilir. Türk dilinin bəzi dialekt və şivələrində də palan sözü məhəllə mənasında açıqlanır. Şəmsəddin Saminin lüğətində "bilan — yüksək boğaz, Tağ sırtının alçaqca, lakin yerlə mürtəfı bir belindən keçən yol" şəklindədirŞəmsəddin Sami. Kamusi-türki. Enderun kitabevi. İstanbul: 1989, s. 332. Hinduşah Naxçıvaninin "Əs-siyah əl-əcəmiyyə" adlı əsərində də balan sözü "dəhliz" mənasında təqdim olunurNaxçıvani Hinduşah. Ə l-siyah əl-əcəmiyyə, Bakı: Şərq-Qərb, 1993, s. 112. Söyüdlü palan məhəllə adı canlı danışıq dilində Söyüdlü bilan şəklinə düşmüşdür.Bağırov Adil Nəsib oğlu. Naxçıvanın urbanonimləri. Bakı, ADPU-nun nəşri, 2014, s. 50–51
Həmçinin bax
Xarici keçidlər Naxçıvan şəhərinin tarixi məhəllələri
İstinadlar
Kateqoriya:Naxçıvan məhəllələri