Qeys Cəmşid oğlu Sultanov () — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutu laboratoriyasının rəhbəri.
Həyatı Sultanov Qeys Cəmşid oğlu 1939-cu il martın 9-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1957-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1960-cı ildə Xarkov Dövlət Universitetində (XDU) təhsilini davam etdirmiş və 1963-cü ildə XDU-nu bitirmişdir. 1963–1966-cı illərdə Xarkov Aşağı Temperaturlar Fizika Texnika İnstitutunun (XATFTİ) aspirantı olmuşdur. 1974-cü ildə namizdəlik dissertasiyasını müdafiə edib. Q. Sultanov 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Q. Sultanov 1988-ci ildən "Bərk cisimlərdə resonans hadisələri" laboratoriyasının rəhbəridir.
Elmi məqalələrin sayı-120 Beynəlxalq konfranslarda iştirakının sayı-30-dan çox Xaricdə çıxmış elmi əsərlərinin sayı-35-ə yaxın Kadr hazırlığı- 3 fəlsəfə doktoru
İstinadlar
Xarici keçidlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:SSRİ fizikləri Kateqoriya:Azərbaycan fizikləri