Soğan milçəyi () — buğumayaqlılar tipinin ikiqanadlılar dəstəsinin çiçək milçəkləri və ya gülçülər fəsiləsinə aid olan növ.
Xarici quruluşu Rəngi bozdur, kürəyində yaşıl ləkə vardır. Uzunluğu 5–7mm-dir. Yumurtası uzunsovdur, 1–1.1 mm-dir. Sürfəsi ayaqsızdır, ağ rənglidir, başı yoxdur, onu bir cüt kəlbətinvari çənə əvəz edir. Uzunluğu 10 mm-ə çatır.S.R. Məmmədova, B.B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986
Həyat tərzi Qışlamadan çıxan dişi fərdlərin cinsiyyət məhsulları əksər hallarda hzır olur. Buna görə də az müddətdən sonra yumurta qoymağa başlayır. Yumurta topa halında, bir cərgədə qoyulur. Rüşeymin inkişafı 3–5 gün çəkir, sürfələr çıxır. Bir soğanın içərisində bir neçə sürfə olur. sürfənin inkişafı 15–20 günə başa çatır. Bu müddət ərzində 3 dəfə qabıq dəyişir. Soğan milçəyinin bir ildə 2–3 nəsil verir.N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964
Yayılması Şimali Amerika, Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya, Çin, Yaponiya və Koreyada yayılıb. Azərbaycanın bütün rayonlarında geniş yayılaraq soğan, bəzi hallarda isə sarımsağa zərər vurur.
İstinadlar
Ədəbiyyat S.R. Məmmədova, B.B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986 N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964 Azərbaycan heyvanlar aləmi. II-Buğumayaqlılar. Bakı, Elm, 2004, −388 səh.
Xarici keçidlər Delia (=Hylemyia) antiqua (Meigen) NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ÇƏYİRDƏKLİ MEYVƏ AĞACLARINA ZƏRƏRVERƏN HƏŞƏRATLAR VƏ ONLARIN ENTOMOFAQLARI Zərərli həşəratlar: neyroendokrin tənzimin fizioloji və biokimyəvi aspektləri
Həmçinin bax İkiqanadlılar Kələm milçəyi
Kateqoriya:Gülçülər