Paolo Gentiloni Silveri (; d. 22 noyabr 1954, Roma) — italyan siyasətçisi və dövlət xadimi. İtaliyanın baş naziri (12 dekabr 2016-cı ildən). Həyatı və siyasi fəaliyyəti thumb|270x270px|ABŞ Prezidenti Donald Tramp və Paolo Gentiloni, 20 aprel 2017-ci il Paolo Gentiloni 22 noyabr 1954-cü ildə İtaliyanın paytaxtı Roma şəhərində anadan olmuşdur. Roma Sapienza Universitetinin siyasət fakültəsində ali təhsil almış və oranı jurnalist kimi bitirmişdir. 11 dekabr 2016-cı ildə İtaliya prezidenti Sergio Mattarella Matteo Renzinin istefasından sonra Paolo Gentiloniyə yeni hökumət formalaşdırmağı tapşırdı. 12 dekabr 2016-cı ildə Gentiloni baş nazir vəzifəsinin icrasına başladı. 10 yanvar 2017-ci ildə Fransua Olland ilə danışıqlardan sonra Parisdən qayıdarkən özünü pis hiss edən baş nazir Paolo Gentiloni Gemelli adlı Romadakı hospitala yerləşdirildi. Cərrahiyyə əməliyyatı zamanı tac damarları bərpa edildi.
Şəxsi həyatı Həyat yoldaşı Emanuele Mauro, övladı yoxdur. Lirik musiqini sevir, tennis və poker oynayır, ingilis, fransız və alman dillərini yaxşı bilir, piyada gəzməyi xoşlayır. (Vaskes Montalban) Xarici keçidlər
Presidente del Consiglio dei Ministri Official page at the Italian Chamber of Deputies
Kateqoriya:İtaliya baş nazirləri Kateqoriya:Romada doğulanlar Kateqoriya:Roma Sapientsa Universitetinin məzunları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Roma şəxsləri