Avqustín Avrélius (lat. Aurelius Augustinus Hipponensis; ) — qərb Xristianlığının ən böyük ilahiyyatçılarından və filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu. Onun təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir.
Həyatı Avqustin Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın (Karfagenin) ritorikaRitorika (yunanca "rhetorike") — antik və sonrakı dövrlərdə natiqlik qabiliyyətinin nəzəriyyəsi və bacarığıdır. məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustin mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinin əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi.
383-cü ildə Avqustin Romaya gəlib, orada ritorika məktəbini təsis etmişdi. Daha sonra o Mediolan şəhərinə köçmüş və orada yepiskop Ambrosiusla tanış olmuşdur. Onun çıxışları Avqustinin ürəyinə yatmış və o, Xristianlıqla maraqlanmağa başlamışdır. Nəhayət, 387-ci ildə, Avqustin bu dini qəbul edib, onun əsas ideoloqlarından birinə çevrilmişdir. Onu da qeyd etmək lazımdır ki, Avqustinin təlimində neoplatonizm fəlsəfəsinin əlamətləri vardır. O, Plotinin əsərləri ilə yaxından tanış olub, onun ideyalarını Xristianlıq üçün tətbiq etmişdi.
Xristianlığı qəbul edəndən sonra, Avqustin Şimali Afrikaya qayıtmışdırdır. O, ömrünün axırına qədər Hippon şəhərində yaşamışdır və 396-cı ildən başlayaraq, bu şəhərin yepiskopu olmuşdur. Avqustin rəsmi xristian kilsəsini tanımayan xristianlara qarşı çox sərt mübarizə aparırdı.
Əsərləri Avqustin Avrelius çoxlu əsər yazmışdı. Onun ən məşhur əsərlərindən biri "Confessiones" (Tövbə) adlanırАврелий Августин. Исповедь . М., 1991. 488 с. Latın dilində: Augustine: Confessions . Bu avtobioqrafik əsərdir. Burada Avqustin öz həyatını mistik və mənəvi təcrübə baxımından təsvir edir. Bu əsərdə o Xristianlığa hansı yollarla gəldiyi haqqında yazır.
"De civitate Dei" (Tanrı şəhəri haqqında) kitabı Xristianlığın apologiyasına həsr olunmuşdurАвгустин Блаженный. О Граде Божием. Мн.: Харвест, М.: АСТ, 2000. İngilis dilində "The City of God". . Birinci 10 kitab bütpərəst əqidəsinin rədd edilməsinə həsr edilmişdir. Daha sonra 2 şəhər (dünyavi və İlahi) bir-birinə qarşı qoyulur. Bu əsərin yazılmasının səbəbi, 412-ci ildə Romanın vestqot Alarik (Alarich) tərəfindən fəth olunması hadisəsi olmuşdur. Bu hadisə bütün Qərb dünyasını sarsıtmışdır. Bu faciənin səbəblərini izah etməyə cəhd edən Avqustin, Romanın yalnız bu dünyanın şəhəri olduğu haqqında yazırdı. Bu dünyada isə əbədi heç nə yoxdur. Əbədilik yalnız Tanrıya məxsusdur.
Müxtəlif təriqətlərə qarşı çıxış edən Avqustin, maniçilərə və donatçılara qarşı rəddiyələr yazmışdı. O, britaniyalı rahib Pelagiusa da qarşı bir neçə rəddiyələrin müəllifi olmuşdur. Pelagius ilk günahın mövcud olmasını inkar edirdi. O deyirdi ki, insanlar bu dünyaya günahsız gəlir. Günahları isə, onlar öz əməlləri ilə qazanırlar. Buna qarşı çıxış edən Avqustin insan təbiətinin Adəmin günahından sonra günahkar olduğunu iddia edirdi. Onun fikrincə, Adəmin günahını bütün insanlar daşıyır və onlar bu dünyaya günahkar gəlirlər. Yalnız Xristianlığı qəbul edəndən və xaç suyuna salınma mərasimindən çıxandan sonra bu günah silinir.
"De Trinitate" (Üçlük haqqında) kitabı Avqustinin daha bir tanınmış əsərlərindən biridir On the Holy Trinity; Doctrinal Treatises; Moral Treatises.. Bu əsərdə o, ilahiyyata aid fikirlərini açıqlamışdır.
Bundan başqa Avqustin "De libero arbitrio" (Azad iradə haqqında), "De magistro" (Müəllim haqqında)Блаженный Августин. Творения. Т. 1: Об истинной религии (ОБ учителе). СПб.; Киев: Алетейа; УЦИММ-Пресс, 1998. С. 264–312., "Contra academicos"Блаженный Августин. Творения. Т. 1: Об истинной религии (против академиков) . СПб.; Киев: Алетейа; УЦИММ-Пресс, 1998. С. 5–85. (Akademiklərə qarşı, "De immortalitate aniniae" (Ruhun ölməzliyi haqqında) və başqa əsərlərin müəllifi olmuşdurAvqustinin əsərlərinin ingiliscə və rusca siyahısı.
Tanrı haqqında Avqustinin fəlsəfəsində Tanrı hər bir ideyanın, düşüncənin mərkəzindədir. Ona görə də, onun fəlsəfəsi teosentrikdir. Tanrının hər şeydən əvvəl olması fikri Avqustini ruhun bədən, iradənin düşüncə üzərində yüksəlməsi fikrinə gətirmişdi. Bu yüksəlmə həm metafirik, həm qnoseoloji, həm də etik xarakter daşıyır.
Avqustin fəlsəfəsində Tanrı ən yüksək varlıqdır (summa essentia). Yalnız Onun varlığı onun öz təbiətindən irəli gəlir. Dünyada mövcud olan başqa şeylər isə Onun tərəfindən yaradılıb və Onun iradəsinə tabedir. Eyni zamanda, Tanrı, hər bir varlığın mövcud olmasının səbəbidir. O, dünyanı yaradıb mühafizə edir. Onun yaratmaq qabiliyyəti bununla kifayətlənmir. O hər an yaradılışı davam edir (creatio continua).
Platon fəlsəfəsindən fərqli olaraq, Avqustin Tanrını bir şəxsiyyət kimi qəbul edirdi. Antik dünyada yayılmış taleyin hər şeyə qadir olması inancına gəldikdə, Avqustin onu inkar etmədən tamamilə Tanrının iradəsinə tabe edir. Tanrının iradəsi isə onun mahiyyətinə aiddirConfessiones XI, 10..
Hər şeyin Tanrının iradəsindən asılı olması fikri Avqustini bir tərəfdən fatalizmə, digər tərəfdən isə, gerçəkliyin irrasional yozulmasına gətirmişdi. Ətraf mühit insan əqli ilə dərk edilməyən möcüzələrlə doludur. Bu möcüzələrin arxasında isə, Tanrı durur.
Ümumiyyətlə Avqustin əqlə yox, iradəyə üstünlük verirdi. Onun fikrincə, hər bir şeyin mahiyyəti onun aktivliyindədir, passivliyində deyil. Deməli insan mahiyyətini passiv olan əql deyil, aktiv olan iradə təşkil edir. Buna görə də ruhun mahiyyətini azad iradə təşkil edir. Bu fikri Avqustin Tanrıya da aid edirdi və onun mahiyyətində iradənin üstünlüyünü qeyd edirdi. Beləliklə, onun fəlsəfəsi rasionallıqdan uzaqlaşaraq, voluntarizməVoluntarizm (latınca "voluntas" — iradə) — iradəni varlığın ən yüksək prinsipi elan fəlsəfi təlim. daha yaxındır.
Avqustina görə, hər bir şeyi Tanrı yaratmışdır. Məxluq cismə malik ola bilər, olmaya da bilər. Məlakələr və insanın ruhu olduğu kimi yaradılmışdı. Onlar mənəvi aləmə aiddir. Bütün başqa şeylər isə materiya ilə bağlıdır. Materiyanın əsasını təşkil edən dörd ünsür — yer, su, hava və od — olduğu kimi, Tanrı tərəfindən yaradılmışdır, neoplatonizmdə olduğu kimi, emanasiyanın nəticəsi deyil. Neoplatonizm dünya Vahidin (Tanrının) emanasiyasıdırsa, Avqustinin fəlsəfəsində o, Tanrı iradəsinin məhsuludur. Avqustdə Tanrı ilə dünyanın dualizmi ideyası, neoplatonizmin monizmini (yəni Tanrı ilə dünyanın eyniliyi ideyasını) əvəz etmişdi. Eyni zamanda Tanrıda Platonun ideyaları cəmlənir və Onda gerçək dünyanın ideal nümunəsi gizlənib. Beləliklə həm Platoda, həm də Avqustində iki dünya var. Biri Tanrıda olan ideal dünyadır. Digəri isə, ideyaların Tanrının iradəsi ilə materiyada əks olunan, yaradılan maddi dünyadır.
Yaradılan dünyada inkişaf proseslərini Avqustin bu dünyada mövcud olan potensial səbəblərlə izah edirdi. Yəni insanların, heyvanların, bitkilərin böyüməsi və tədricən inkişaf etməsi, Onları yaradan Tanrı tərəfindən əvvəlcə nəzərdə tutmuşdu və onlarda bu inkişafın səbəbləri Onun tərəfindən yaradılmışdı. Burada Avqustin stoiklərin təlimindən istifadə etmişdir, lakin səbəblərin yaradılışını Tanrı ilə bağlayırdı.
Tanrı üç hipostasisdən (sifətdən) ibarətdir. Onlar bir-birindən ayrılmazdır. Bunun necə baş verdiyini insan düşüncəsi ilə dərk etmək olmaz. Üç insan bir insan ola bilməz, lakin Tanrının üç sifəti bir şəxsiyyətdir.
Avqustinin fəlsəfəsində Tanrı yalnız xeyri yaradır. Şər ona məxsus deyil. Hələ mani dinində olan dövrlərdə şərin təbiəti problemi Avqustini düşündürürdü. Lakin onu manilikdəki kimi, ayrıca bir başlanğıc, substansiya kimi qəbul etmək xristian təliminə zidd idi. Buna görə, bu problemin monoteizm çərçivəsində həll olunması üçün Avqustin neoplatonizmə müraciət edib. Neoplatoçular şəri xeyrin çatışmaması kimi başa düşürdülər. Avqustin də hesab edirdi ki, şər təbiətdə yoxdur, o xeyirlə ziddiyyət təşkil etmir. Şər yalnız xeyrin olmamasıdır. O, yalnız xeyir əməllər edilməyəndə yaranır, ali məqsədlərdən yayınmadır, təkəbbürdən irəli gəlir. Sükut — səsin, qaranlıq — işığın olmaması kimi, şər də xeyrin olmamasıdır. Avqustinun teodiseyası bundan ibarətdir.
Zaman haqqında Tanrı ilə dünyanın dualizmi, Avqustini zamanın nə olduğu sualına cavab verməyə məcbur edir. Məsələ bundadır ki, Tanrının əbədi, maddi dünya isə müvəqqəti və məhvə məhkum olması bir ziddiyyət təşkil edirdi. Bu ziddiyəti ortadan qaldırmaq lazım idi. Zamanla bağlı problemə Avqustin "Confessiones" əsərində toxunurdu. Antik mütəfəkkirlər zamanın gedişini planetlərin hərəkəti ilə əlaqələndirirdilər. Lakin Avqustin bu fikri rədd edir, çünki planetlər də Tanrı tərəfindən yaradılıb. Onun fikrincə zaman dünyada hər şeyin hərəkətinin və dəyişməsinin ölçüsüdür. Dünya yaradılandan öncə zaman anlayışı olmayıb. Yalnız yaradılışdan sonra şeylərin hərəkət və hal dəyişmə ölçüsü kimi yaranıb.
Daha sonra Avqustin indiki zaman, keçmiş və gələcək kimi zaman kateqoriyalarını izah etməyə cəhd etmişdir. Onun gəldiyi nəticəyə görə, əslində keçmiş və gələcək anlayışları mövcud deyil. Onlar indiki zamana aiddirlər. Yəni yalnız indiki zamanda o anlayışlar keçmiş və gələcək kimi düşünülə bilər. Keçmiş — insan yaddaşı ilə, gələcək isə — ümüdlə bağlıdır.
Keçmişi və gələcəyi indiki zamana aid etmə Avqustinin fəlsəfəsində İlahi mütləqiyyəti subut edir. Yəni yalnız Tanrıda indiki zaman keçmiş və gələcəkdə sıx bağlıdır.
Avqustinin fəlsəfəsində, Tanrının mütləq əbədiliyi ilə maddi dünyanın dəyişkənliyi arasındakı fərq və bu anlayışların bir-birinə qarşı-qarşıya qoyulma ənənəsi, xristian dünyagörüşünün əsaslanrından birini təşkil etmişdir.
Düşüncə, idrak və iman haqqında Avqustinin fəlsəfəsində düşüncə və iman problemləri məsələsinə rast gəlmək olar. Bu məsələdə o, üstünlüyü imana verirdi. Bu cür münasibət xristian fəlsəfəsi üçün yeni bir şey deyildi. Lakin öncəki kilsə ataları imanın mənbəyini Müqəddəs Kitabda görürdülər. Avqustin isə, onlardan fərqli olaraq, onu daha da çox Kilsədə görürdü. Onun fikrincə, Kilsə günahlardan təmizlənmiş həqiqəti özündə saxlayan bir qurumdur. Avqustinin fikrincə Adəm tərəfindən törədilən ilk günah, insan təbiəti və şüurunda dəyişikliklərə səbəb olmuşdu, onları zəiflətmişdi. Buna görə də insan şüuru kamil deyil və İlahi biliklərə möhtacdır. Hər bir şeyi anlamaq üçün insan ilk növbədə iman etməlidir. Avqustin məktublarından birində demişdi: "Anlamaq üçün inan". Yəni iman anlamaqdan öncə gəlir. Lakin əqli dəlilləri o Tertullian kimi rədd etmirdi.
Avqustin idrak probleminə də diqqət yetirmişdi. İdrakın birinci mərhələsi, insanın ətraf mühitin əşyalarını hisslərlə duymasıdır. Lakin bu cür duyğulara arxalanan bilik etibarlı sayıla bilməz, çünki o səthidir. Bundan fərqli olaraq, bir insanın başqa insanlardan öyrəndiyi bilik, daha etibarlı, mükəmməl və zəngindir. Bunu Avqustin iman adlandırır.
Şübhəçilərdən (skeptiklərdən) fərqli olaraq, Avqustin idrakın mümkünlüyünü inkar etmirdi. Onun məqsədi, yanlışlığa gətirməyən idrak üsulunun axtarışı idi. Buna nail olmaq üçün o hesab edirdi ki, duyğu vasitəsilə əldə edilən idrak, insanı həqiqətə gətirə bilməz. Duyğulara əsaslanan idrak insanı şübhəçiliyə gətirir. Deməli, Avqustinin fikrincə, obyektiv dünya ilə təmasın yaradılmasından həqiqi biliklər əldə edilə bilməzDe vera religione (Həqiqi din haqqında) 39 // Блаженный Августин. Творения. Т. 1: Об истинной религии. СПб.; Киев: Алетейа; УЦИММ-Пресс, 1998. С. 394–468..
Ən etibarlı idrak mənbəyi isə, insanın şüurudur, ruhudur. Məhz bu ruhun dərinliklərinə varanda xarici mühitdən asılı olmayan məzmuna rast gəlmək olar. Yəni biliyin xarici aləmdən alındığı fikri yanlışdır.