Qıtqın yaşayış yeri — Naxçıvan Muxtar Respublikasında arxeoloji abidədir

Tarixi coğrafi yerləşməsi Əlincə çayın sol sahilində, Culfa bölgəsinin Xanağa kəndindən şərqdə yerləşir. Sahəsi 17600 kv.m-dir.

Mədəni təbəqə Abidənin bəzi sahələrində qalınlığ 1 m-ə çatan mədəni təbəqənin üzəri açılmışdır. Yaşayış yerinin tikililəri əsasən çaydaşı, bişmiş kərpicdən hörülmüşdür. Toplanmış yerüstü arxeoloji materiallar əsasən şirli və şirsiz saxsı qab qırıqlarından ibarətdir.

Tarixi dövrləşdirilməsi Arxeoloji material Qıtqın yaşayış yerinin IX–XVIII əsrlərdə fəaliyyətdə olduğunu sənədləşdirir.Novruzlu Ə. İ., Baxşəliyev V. B. Culfa bölgəsinin arxeoloji abidələri. Bakı, 1993., s. 44–47

Mənbə Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,"Şərq-Qərb", 2008, 632 s.

İstinadlar

Kateqoriya:Culfa rayonunun qədim yaşayış yerləri