Əbuyəla ibn Məhəmməd ibn Saleh ibn Haruyə Azərbaycani () — Azərbaycan islam alimi.

Həyatı Əbuyəla ibn Məhəmməd ibn Saleh ibn Haruyə Azərbaycani mühəddis, siqa, hədis ravisi idi. 1020-ci və ya 1021-ci ildə Azərbaycanda anadan olmuş, lakin gənclik illəri Bağdadda keçmiş və bu şəhərdə təhsil almışdı. Əbucəfər ibn Məsləmə, Malik Banyasi kimi mühəddislərdən hədis dinləmiş və nəql etmişdi. Hafiz Məhəmməd ibn Əbdülvahid Dəqqaq, Əbu Qalib Daməğani, şair Əbubəkr Ərcani ondan hədis dinləmiş və nəql etmişdilər. Əbu Yəla Məhəmməd əl-Azərbaycani həmçinin tanınmış ədib və tənqidçi idi. O, nəzm və nəsr tərzində çox gözəl ədəbi əsərlər qələmə almışdı. Bunlardan "Nətayicül-Fitnə fi Nəzmi-Kəlilə" və Dimnə", "əs-Sadih" adlı əsərlərinin adlarını çəkmək olar. Əbuyəla Məhəmməd Azərbaycani Ərəb İraqı və Əcəm İraqının bir sıra şəhərlərinə səyahət etmişdi. Ömrünün sonlarına doğru Kirmana getmiş və burada 1115-ci ilin iyulunda, 95 yaşında ikən vəfat etmişdir.Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, Lisanü’l-Mizan, C. V, s. 283-284, Beyrut 1986

İstinadlar

Kateqoriya:İslam alimləri Kateqoriya:Azərbaycan sufiləri Kateqoriya:Azərbaycanlı din adamları