Sust — Naxçıvan Muxtar Respublikasının Babək rayonunda keçmiş eyniadlı kəndinin şimal-qərbində orta əsrlərə aid yaşayış yeri. Tarixi 1979-cu ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən tədqiq edilmişdir. Sahəsi təqribən 6 ha-dır. Mədəni təbəqənin qalınlığı 2 m-dən çoxdur. Təbəqə kül qarışıq torpaq laylarından ibarət olub, əsasən, çiy kərpic (bişmiş kərpicə də təsadüf edilmişdir), qalıqları, şirli və şirsiz gil qab məmulatı ilə zəngindir. Şüşə məmulatı fraqmentlərinə də rast gəlinmişdir. Sust yaşayış yerinin XV-XVII əsrlərə aid olduğu ehtimal edilir. Sust yaxınlığında "Qaş" adlı yerdə çox güman ki, IX-XVII əsrlərə aid duzdağ mədəni qeydə alınmışdır. Yaşayış yeri hazırda duz karxanası tərəfindən dağıdılmışdır. İstinadlar Kateqoriya:Babək rayonunun qədim yaşayış yerləri
Kaynak ve lisans
Kaynak: Wikipedia — Sust yaşayış yeri · katkı geçmişi.
Metin: CC BY-SA 4.0.
Metin düzenlemesi hakkında
Viki işaretlemesi ve şablonlar çıkarıldı; uzun metinler kısaltıldı.