Xəzər Zafir oğlu İbrahim () — Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı sabiq Fövqəladə və səlahiyyətli səfiri.

Həyatı 30 may 1978-ci ildə anadan olmuşdur. Əslən Lənkəran rayonu Kənarmeşə kəndindəndir. Evlidir, bir oğlu və üç qızı var. Xəzər İbrahim Bakı Dövlət Universitetində təhsil almışdır. O, həmçinin Vaşinqtonda yerləşən Corctaun Universitetində beynəlxalq münasibətlər və təhlükəsizlik araşdırmaları fakültələrini bitirmişdir.

Karyerası 2007–2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi, 2009–2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfirliyinin müşaviri vəzifələrində çalışmışdır. 2011–2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyin başçısı vəzifəsində işləmişdir. 26 iyul 2021 tarixində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılmışdır.

26 iyul 2021 tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycanın Türkiyədəki səfirləri Kateqoriya:Azərbaycanın ABŞ-dəki səfirləri Kateqoriya:Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbərləri