Qoz iri mənənəsi — () — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.

Xarici quruluşu Qoz iri mənənəsi 4 mm-ə qədər böyüklükdə olub, sarımtıl limon rəngdədir. Qanadlı fərdlərdə baş və döş tutqundur. Bığcıqlar altıbuğumludur. Bədəninin üst hissəsində iki cərgədə girdə ləkələr düzülmüşdür.S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, −206 s.

Həyat tərzi Qoz iri mənənəsi partegenotik yolla çoxalır. Kütləvi çoxalma halına may-iyun aylarında təsadüf olunur. Azərbaycanda il ərzində verdiyi nəslin miqdarı dəqiqləşdirilməmişdir.N. H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.

Yayılması Qolarktika, Asiyanın hər bir ölkəsi, Azərbaycan, Qafqaz. Azərbaycanın qoz ağacı olan bütün rayonlarında təsadüf edilir.

İstinadlar

Ədəbiyyat S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, −206 s. N. H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.

Xarici keçidlər Фенология и эколого-физиологическая характеристика

Kateqoriya:Mənənələr