Bağ hörümçək gənəciyi - () buğumayaqlılar tipinin gənəciklər dəstəsinin tor gənəcikləri fəsiləsinə aid olan növ
Xarici quruluşu İmaqo mərhələsində gənəcik 0,3–0,6 mm ölçüdə olub, yaşılımtıl rəngdədir. Dişi fərdin uzunluğu 0,35–0,44 mm-dir, erkək fərdin uzunluğu isə 0,29 mm-dən çox olmur. Yumurta diametri 0,11 mm. Hamar, sferikdir. Nimfanın uzunluğu 0,23–0,31 mm olub sarımtıl-yaşıldır.
Həyat tərzi Gənəciklər yarpağın alt tərəfində hörümçək toru quraraq, orada yaşayır və inkişaf edir. Gənəciklər yoluxmuş yarpaqlarda sarı, qırmızı üzüm sortlarında isə çirkli qırmızı ləkələr əmələ gətirir. Yazda dişi fərdlər bir qədər qidalandıqdan sonra yumurta qoyur. Yumurtalardan 10-15 gün sonra sürfələr çıxır. Yay ərzində gənəcik 7-8 nəsil verir. Bağ hörümçək gənəciyinin normal inkişaf etməsi üçün 25-300C temperatur lazımdır. Sıx tüklü və tüksüz üzüm sortlarının yarpaqlarında gənəcik tor qura bilmədiyi üçün məhv olur.S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, -206 s.
Yayılması Qərbi Avropa, Şimali Afrika, İran, Şimali Amerika, Rusiya (Moskva və Sankt-Peterburq), Uzaq Şərq, Orta Asiya və Qazaxıstanın böyük hissəsində, Zaqafqaziyada yayılmışdır. Azərbaycanda Gəncədə, Qazaxda, Şirvanda, Qarabağda, Naxçıvan MR ərazisində rast gəlinir.N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.
Ədəbiyyat S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, -206 s. N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.
Xarici keçidlər Садовый паутинный клещ Садовый паутинный клещ Eotetranychus pruni (Oudemans) — Садовый паутинный клещ (виноградный паутинный клещ)
Həmçinin bax Üzüm fır gənəciyi Qoz fır gənəciyi
Kateqoriya:Həşəratlar