Samsung Electronics (; Hanca: 三星電子) — Cənubi Koreyanın elektronika istehsalçı şirkətidir. Baş ofisi Suvon şəhərində yerləşir. Samsung şirkətlər qrupunun əsas rol oynayan şirkətidir. Gəlir həcminə görə dünyanın ən iri informasiya texnologiyaları şirkətidir.

Samsung Electronics Apple, Sony, HTC, Nokia və s. kimi şirkətlərə müxtəlif elektronika hissələri — LCD displeylər, lithium-ion batareyaları, yarımkeçiricilər, çiplər, fləş yaddaş çipləri, sərt disk qurğuları və s. istehsal edir. 2019-cu ilə olan məlumata görə, Samsung Electronics gəlirlərinə görə dünyanın ikinci ən böyük texnologiya şirkətidir və onun bazar dəyəri 520,65 milyard ABŞ dolları təşkil edərək dünyada 12-ci ən böyük şirkətdir.

Dünyanın ən iri smartfon istehsalçısıdır. Əsas smartfon xətti Samsung Galaxy qurğularıdır. Eyni zamanda dünyanın ən iri yaddaş çipləri istehsalçısıdır.

İstinadlar

Kateqoriya:Cənubi Koreya şirkətləri Kateqoriya:Samsung Electronics Kateqoriya:Videotelefoniya Kateqoriya:London Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Cənubi Koreya brendləri