Roberto Bordin (; ) — Liviyada anadan olmuş italiyalı keçmiş futbolçu və məşqçi. Azərbaycanın Neftçi futbol klubunun keçmiş baş məşqçisi.
Karyerası Liviyada bir italyan ailəsində anadan olmuşdur. Futbolçu karyerasına İtaliyanın şimal-qərbində yerləşən San-Remo təmsilçisi "Sanremense" komandasında başlamışdır. Bu komandadan ayrıldıqdan sonra "Taranto" və "Parma" klublarında İtaliyanın aşağı liqalarında çıxış etmişdir. Daha sonra İtaliya A Seriyasında mübarizə aparan "Çezena" və "Atalanta" klublarının heyətində oynamışdır. Ardınca müxtəlif illər ərzində "Napoli", "Pyaçenza", "Triestina", "Spezia" və "Viçentsa" klublarında çıxış etmişdir. Bir müddət Marçelo Lippinin də rəhbərlik etdiyi "Napoli"də futbolçu karyerasının ən yaxşı illərini keçirmişdirНовый главный тренер — Роберто Бордин . Məhz bu klubun heyətində 1996-97 mövsümü İtaliya Kubokunun gümüş mükafatçısı olmuşdur. Təcrübəli futbolçu kimi əsas ampulası yarımmüdafiəçi olaraq oynamaq olsa da müəyyən zamanlarda müdafiəçi kimi çıxış etmişdir. 40 yaşına qədər yaşıl meydanlarda top qovan Bordin 2005-ci ildə futbolçu karyerasına son klubu olan "Spezia"da vida etmişdir.
Bordin futbolçu karyerasını bitirdikdən sonra Andrea Mandorlininin məşqçilər heyətinə daxil oldu. 10 il bu heyətin tərkibində olan Bordin 6 müxtəlif klubda köməkçi məşqçi olaraq çalışmışdır. Məhz bu heyət "ÇFR Kluj"a 2009-10 sezonunda futbol üzrə Rumıniya çempionatında 2-ci çempionluğunu qazandırmışdır.
2016-cı ilin martından etibarən Roberto Bordin "Triestina" klubunda müstəqil məşqçilik karyerasına başladı. 7 ay sonra isə Moldova klubu "Şerif"in baş məşqçisi təyin olundu. Bordin ilk mövsümündəcə komandanın ölkə çempionu adını qaytarmaqla kifayətlənməyərək, Şerif"lə üstəlik Moldova Kuboku və Moldova Super Kubokunu qazandı. "Şerif"lə UEFA Avropa Liqasının UEFA Avropa Liqası 2017/2018 sezonunda qrup mərhələsində mübarizə aparıb, qrupda 3-cü yeri tutmasına baxmayaraq sezonun sonunda "Şerif"ə ardıcıl 2-ci çempionluğunu yaşattı. 2018-ci il aprelin 24-də ailə vəziyyətinə görə "Şerif"in baş məşqçisi postundan istefa verdi .
8 iyun 2018-ci ildə Bakının "Neftçi" klubu italiyalı mütəxəssislə iki illik müqavilə imzaladığını açıqladı. 2020-ci ilin yanvar ayında "Neftçi" Roberto Bordini istefaya göndərib.
Nailiyyətləri Futbolçu İtaliya Kuboku finalçısı (1): 1996/97 Məşqçi Rumıniya çempionu (1): 2009/10 (köməkçi qismində) Moldova çempionu (2): 2016/17, 2017 Moldova kubokunun qalibi: 2016/17 Moldova Superkubokunun qalibi: 2017 Şəxsi Qızıl Skamya mükafatı (İtaliya) (1): 2017
Maraqlı faktlar Bordin 12 noyabr 1992-ci ildə İspaniya "Deportivo La-Korunya"ya qarşı "Milan" üçün yoldaşlıq görüşü keçirmişdirRoberto Bordin — Maglia Rossonera .
İstinadlar
Kateqoriya:1965-ci ildə doğulanlar Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Liviyada doğulanlar Kateqoriya:Parma FK futbolçuları Kateqoriya:Çezena FK futbolçuları Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:Pyaçentsa FK futbolçuları Kateqoriya:Spetsiya FK futbolçuları Kateqoriya:Viçentsa FK futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Triestina FK futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri