Petko Hristov (Bolqarca: Петко Христов; 1 mart 1999-cu ildə anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubunda müdafiəçi kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusu. Onun əkiz qardaşı Andrea Slaviya Sofiya klubunda çıxış edir.
Karyerası
Slaviya Sofiya Hristov karyerasına Levski Sofiya klubunda başlasa da, 2013-cü ildə Slaviya Sofiya klubuna transfer olmuşdur. O, öz peşəkar karyerasında debütünü 30 iyun 2016-cı ildə Avropa Liqası görüşündə Polşa təmsilçisi Zaqlembe Lyubin klubuna qarşı oyunda etmişdir. O, Georgi Yomovu əvəz etmişdir. O, Bolqarıstan Birinci Liqasında debütünü bir ay sonra mövsümün açılış oyununda ÇSKA Sofiya klubuna qarşı oyunda etmişdir. O, ilk qolunu 10 sentyabr 2016-cı ildə Lokomotiv Plovdiv klubuna qarşı oyunda vurmuş və komandası 5-2 hesabı ilə qalib gəlmişdir. 1 oktyabr 2016-cı ildə Petko əkiz qardaşı ilə Andrea birlikdə Vereya klubuna qarşı oyunda ilk dəfə müdafiənin mərkəzində start heyətdə yer almışdır.
3 aprel 2017-ci ildə Hristov klub ilə 31 iyul 2020-ci ilə qədər ilk peşəkar müqaviləsini imzalamışdır.
Fiorentina 17 iyul 2017-ci ildə Hristov İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubu ilə beş illik müqavilə imzalamışdır.
Milli karyerası
Gənclər millisi Hristov 22 və 27 mart 2017-ci il tarixləri aralığında 2017 Avropa U-19 Çempionatının təsnifat mərhələsində iştirak edtmək üçün Bolqarıstan U-19 millisinə çağırılmışdır. Heç-heçə və 2 qələbədən sonra komanda 2017-ci ilin iyul ayında keçirilən pley-off mərhələsinə vəsiqə qazanmışdır.
Karyera statistikası
Klub
Klub performansıLiqaKubokKontinentalDigərÜmumiKlubLiqaMövsümOyunQolOyunQolOyunQolOyunQolOyunQolBolqarıstanLiqaBolqarıstan KubokuAvropaDigərÜmumiSlaviya Sofiya Birinci Liqa2016–1725100104Pley-off görüşləri daxildir.03012017–181000–0010Karyera statistikası 26 1 0 0 1 0 4 0 31 1
Uğurları Fərdi Bolqarıstan İlin Ən Yaxşı Gənc oyunçusu (1): 2016
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bolqarıstan futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Bişelye FK futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:Pro Verçelli FK futbolçuları Kateqoriya:Ternana FK futbolçuları Kateqoriya:Spetsiya FK futbolçuları Kateqoriya:Venesiya FK futbolçuları Kateqoriya:Legioner Bolqarıstan futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Bolqarıstan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları