Qahabçay — Babək rayonu ərazisində çay. Naxçıvançayın sol qolu.Naxçıvan ensiklopediyası.II cilddə.I cild.Naxçıvan.2005.
Ümumi məlumat Mənsəbindən 16 km məsafədə, Yarımca kəndi yaxınlığında Naxçıvançaya tökülür. Uzunluğu 21 km, hövzəsinin sahəsi 79 km²-dır. Əsasən yağış və qrunt suları ilə qidalanır. Suyu bütünlüklə suvarmada və eyniadlı su anbarının doldurulmasında istifadə edildiyindən, Naxçıvançayın axımının formalaşmasında rolu cüzidir. Əkin və həyətyanı ərazilərin suvarılmasında istifadə edilir.
Çayın üzərindən Qahab körpüsü salınmışdır.
İstinadlar
Kateqoriya:Naxçıvan Muxtar Respublikasının çayları