Corc Uels Bidl (22.10.1903, Nebraska ştatı, Uaxu – 9.6.1989, Kaliforniya ştatı, Pomona) — amerikan genetiki.

Haqqında Nobel mükafatı laureatı (1958, E. Teytemlə birlikdə). Nebraska ştatındakı universiteti bitirmişdir (1926). 1928–31-ci illərdə Kornell Universitetinin əməkdaşı, Stanforddakı universitetin professoru (1937–46), 1946–61 illərdə Pasadenadakı Kaliforniya Texnologiya İnstitutunun professoru, Çikaqo Universitetinin rektoru (1961–68 illərdə) olmuşdur. Əsas əsərləri biokimyəvi genetikaya həsr edilmişdir. Metabolizmin genetik nəzarətini, irsiyyətin fiziki və kimyəvi əsaslarını tədqiq etmişdir. Qarğıdalı, drozofil və neyrospor üzərindəki təcrübələrində genlərin təbiətini və funksiyalarını öyrənmişdir. “Bir gen – bir ferment” kimi fundamental konsepsiyanın (1941) müəllifidir.

Həmçinin bax Genetika

İstinadlar

Xarici keçidlər Corc Uels Bidl

Kateqoriya:Amerika alimləri Kateqoriya:Genetika Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:XX əsr bioloqları Kateqoriya:ABŞ genetikləri