Amerika tanrıları () – Nil Qeyman tərəfindən yazılmış və 2001-ci ildə nəşr olunmuş eyniadlı roman əsasında çəkilən ABŞ teleserialı. Brayan Fuller və Maykl Qrinin yaradıcısı olduğu teleserial Starz telekanalında nümayiş etdirilir. Fuller və Qrin serialın şourannerləridir. Prodüserləri Qeyman, Fuller, Qrin, Kreyq Seqielski, Stefani Berk və Tom Birsdir.

Teleserial həbsxanandan yenicə çıxmış Kölgə Munun Mister Çərşənbə adlı qəribə şəxslə tanış olmasından, ardından özünü Yeni tanrılar ilə Qədim tanrılar arasında getdikcə böyüyən müharibənin ortasında tapmasından bəhs edir. Serialın ilk mövsümü Starz kanalında 2017-ci ilin aprelindən iyununa kimi göstərilmişdir. İkinci mövsümdə Qrin və Fulleri Aleksandr əvəz etmişdir. May ayında ikinci mövsümü təsdiqlənmişdir və 10 mart 2019-cu ildə yayımlanması planlaşdırılır.

Serial vizuallığına və aktyorların performansına görə bəyənilmiş və 2 kateqoriyada Emmi mükafatına namizəd göstərilmişdir, lakin qalib gəlməmişdir.

Rollarda

Əsas Riki Uittl Kölgə Mun rolunda – Mister Çərşənbənin cangüdəni olan keçmiş məhbus. Emili Brouninq Laura Mun rolunda – Şadou Munun arvadı və yaşayan ölü. Brouninq həmçinin leprekonlara inanan irland qadın Essi Makqovanı da canlandırmışdır. Krispin Qlover Mister Dünya rolunda – qloballaşmanın yeni tanrısı və Yeni tanrıların lideri. Brüs Lanqli Texnik oğlan rolunda – texnologiyanın yeni tanrısı. Yetide Badaki Bilqeys rolunda – Şeba kraliçası, qədim sevgi tanrısı. Pablo Şrayber Dəli Suini rolunda – Mister Çənşənbə üçün işləyən leprekon. İen Makşeyn Mister Çərşənbə rolunda – fırıldaq ustası və qədim tanrı Odin.

Yan Cillian Anderson yeni tanrı KİV rolunda – ictimai üz və Yeni tanrılardan biri. Serial boyunca Lüsi Rikardo, Merilin Monro, David Boui və Cudi Qarlend kimi məşhur simaların şəklində görünür. Conatan Taker Lou Key Lyesmit rolunda – Kölgə Munun həbsxana yoldaşı. Kloris Liçmen Zorya Veçernyaya rolunda – "Axşam ulduzu", qadağan olunmuş qorxulardan qorumaq üçün ulduzları izləyən Zorya bacılarının ən böyüyü. Marta Kelli Zorya Utrennyayarolunda – "Səhər ulduzu", ortancıl və səssiz Zorya bacısı. Erika Kaar Zorya Polunoçnaya rolunda – "Gecə yarısı ulduzu", Zorya bacılarının ən kiçiyi. Bütün gündüz yatır və ancaq gecə oyanır. Kölgəyə yol göstərir. Peter Stormare Çernoboq rolunda – Qədim slavyan mifologiyasında ölüm, qaranlıq və pislik tanrısı. Mister Çərşənbəyə şübhə ilə yanaşır və ona kömək etməkdə istəksizdir. Kris Obi Mister Çaqqal rolunda – Qədim Misirdə ölüm tanrısı Anubis rolunda. Musa Krayş Cin rolunda – oddan əmələ gəldiyi fərz edilən mifik varlıq. Omid Abtahi Səlim rolunda – ABŞ-yə iş dalınca gəlmiş əcnəbi. Orlando Cons Mister Nansi rolunda – Qana mifologiyasında fırıldaq tanrısı Anansi. Dərzi kimi işləyir. Demore Barns Mister Aybis rolunda – Qədim Misir mifologiyasında qədim və indiki hekayələrin qoruyucusu Tot. Deyn Kuk Robbi rolunda – Kölgənin ən yaxın dostu. Betti Qilpin Odri rolunda – Robbinin həyat yoldaşı və Lauranın ən yaxın dostu. Kristin Çenovet Ostara rolunda – qədim alman mifologiyasında sübh ilahəsi. Korbin Bernsen Vulkan rolunda – Fuller və Qrin tərəfindən yaradılmış yeni personaj. Ceremi Devis İsa rolunda – Pasxada görünən İsalardan biri. Konfidans Okoye rolunda – inqilab başlatmış qorxmuş qul. Bet Qrant Cek rolunda – Kölgənin Mister Çərşənbə ilə görüşdüyü barın sahibəsi. Kahyun Kim yeni tanrı Yeni Media rolunda (II mövsüm). Sakina Cefrri Mama-Ci rolunda (II mövsüm) – Amerika motelində fahişə və Hindularda azadlıq ilahəsi Kali. Din Uinters Cənab Taun rolunda (II mövsüm) – Yeni tanrıların göndərdiyi agent.

Seriyalar № Seriya adıİngiliscə adı Rejissor Ssenari müəllifiİlk efir tarixiABŞ izləyiciləri(milyon)

İstehsal

İstehsaldan öncəki dövr 2011-ci ildə "Amerika tanrıları" romanının müəllifi Nil Qeyman Edinburq Beynəlxalq Kitab Festivalında qeyd etmişdi ki, HBO roman əsasında teleserial çəkmək arzusundadır. 2013-cü ilin martında Qeyman Kembric Beynəlxalq Tələbə Film Festivalında layihənin gedişatı barədə söhbət açmış və çəkiləcək teleserialın açılış seriyasının "yeni elementlərə və detallara malik olacağını", lakin "kitabın ilk fəsillərini özündə saxlayacağını" qeyd etmişdi. O, həmçinin bildirmişdi ki, yalnız ilk iki mövsüm roman əsasında çəkiləcək və pilot ssenari üzərində hələ işləyir, çünki ilk ssenari HBO-nu məmnun etməyib. 2013-cü ilin martında Qeyman Reddit vasitəsilə layihə üzərində işin getdiyini, lakin artıq HBO-nun layihədən çəkildiyini bildirmişdir.

2014-cü ildə HBO-nun proqramlaşdırma prezidenti Maykl Lombardo layihənin tərk edildiyini, çünki yaxşı bir ssenari əldə etmədiklərini açıqlamışdır: "Biz üç müxtəlif ssenaristlə işlədik, ortaya xeyli səy qoyduk. Lakin bəzən bəzi şeylər alınmır".

2014-cü ilin fevralında FremantleMedia roman əsasında teleserial çəkmək hüququ əldə etmişdir. 2014-cü ilin iyulunda Starz Brayan Fuller və Maykl Qrinlə birlikdə layihə üzərində işlədiyini açıqlamışdır.

Ssenari Fuller qeyd edir ki, o, qədim tanrıları cəsur və qaba təsvir edib "onların dinlərinin köhnəlmiş aspektlərini göstərmək, Yeni tanrıları isə hiyləgər texnologiya ilə gücləndirilmiş təsvir edib "onların öz dinlərində necə əhəmiyyətli olduqlarını" göstərmək istəmişdir.

Aktyor seçimi 28 yanvar 2016-cı ildə Riki Uittl baş qəhrəman Kölgə Munu oynamaq üçün seçilmişdir. 2 mart 2016-cı ildə İen Makşeynin Mister Çərşənbə olacağı açıqlanmışdır. 17 mart 2016-cı ildə Emili Brouninqin Kölgənin həyat yoldaşı Laura Mun rolunda olacağı dəqiqləşmişdir. 23 mart 2016-cı ildə Şon Harris, Yetide Badaki və Brüs Lanqlinin müvafiq olaraq Dəli Suini, Bilqeys və Texnik oğlan rollarında oynayacaqları anons edilmişdir. 14 aprel 2016-cı ildə Conatan Taker və Krispin Qlover Lou Key Lyesmit və Mister Dünya kimi seçilmişdir. 21 aprel 2016-cı ildə Kloris Liçmen Zorya Veçernyaya, Peter Stormare Çernoboq, Kris Obi Mister Çaqqal və Musa Kryaş Cin kimi seçilmişdir.

6 may 2016-cı ildə Şon Harris şəxsi səbəblər üzündən Dəli Suini rolundan çəkildiyini açıqlamışdır. 11 may 2016-cı ildə Pablo Şrayber bu rola layiq görülmüşdür. 2016-cı ilin iyununda Cillian Andersonun KİV-i oynayacağı məlum olmuşdur. 15 iyun 2016-cı ildə Omid Abtahi, Orlando Cons və Demore Barna layihəyə müvafiq olaraq Səlim, Mister Nansi və Mister Aybis olaraq qatılmışdırlar.

15 iyul 2016-cı ildə Deyn Kuk Robbi kimi, bir həftə sonra Kristin Çenovet Ostara kimi seçilmişdir.

Marketinq Teleserialın ilk treyleri 22 iyul 2016-cı ildə San Diego Comic-Con International tədbirində nümayiş etdirilmişdir.

Yayım Amerika tanrıları ABŞ-də həftənin hər bazar günü Starz tətbiqi vasitəsilə yayımlanır. Daha sonra həmin gün saat 9-da Starz kanalında nümayiş etdirilir. ABŞ-də yayımlandıqdan sonra hər seriyanı Amazon Video vasitəsilə bütün dünyada izləmək mümkündür.

Qəbul

Tənqidçilərin mövqeyi "Amerika tanrıları"nın ilk mövsümü tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Metacritic-də teleserial 100 xalın 77-sini almışdır (36 rəy əsasında). Rotten Tomatoes-da serial 94% reytinqə və 8.13/10 xala (66 rəy əsasında) malikdir.

Mükafatlar İl Mükafat Kateqoriya Nominasiya(lar) Nəticə 2017 Qara Çarx Mükafatı Ən yaxşı qonaq oyunçu performansı: drama Orlando Cons Praym-taym Emmi Mükafatı Ən yaxşı əsas başlıq dizaynı Patrik Klayr, Raul Marks, Devin Maurer və Ceff Hann Ən yaxşı xüsusi vizual effektlər Kevin Tod Hau, Devid Stamp, Ceremy Boll, Bernays Şarlotta Hovs, Cessika Smit, Coş Karlton, Pyerr Baffin, Ceyms Kuper və Aymerik Perseval ("Məzarlıq" seriyasına görə)

Reytinqlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2017-ci ildə başlayan ABŞ teleserialları Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan televiziya verilişləri Kateqoriya:ABŞ-nin fantastika teleserialları Kateqoriya:ABŞ dram teleserialları Kateqoriya:Starz teleserialları Kateqoriya:Populyar mədəniyyətdə mifologiya Kateqoriya:FremantleMedia teleserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:ABŞ-nin fentezi dram teleserialları Kateqoriya:Elmi-fentezi teleserialları Kateqoriya:Böyük Britaniya teleserialları Kateqoriya:Fantastika romanları əsasında çəkilən filmlər Kateqoriya:2010-cu illərin ABŞ dram teleserialları Kateqoriya:2010-cu illərin ABŞ elmi fantastika teleserialları Kateqoriya:2020-ci illərin ABŞ elmi fantastika teleserialları Kateqoriya:Torontoda çəkilmiş teleseriallar Kateqoriya:Magiya televiziyada