Fortuna Arena () — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən futbol stadionu. "Slaviya Praqa" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 20.617 nəfərdir. Açılışı 7 may 2008-ci ildə olmuşdur. Stadionun əvvəlki adı "Sinot Tip Arena" () olub.
Fortuna Arena 30 avqust 2013-cü ildə "Bayern Münhen" və "Çelsi" komandaları arasında keçirilmiş UEFA Superkuboku matçına ev sahibliyi edib. UEFA Superkuboku uğrunda görüş bu oyuna qədər ənənəvi olaraq Monakodakı II Lui stadionunda keçirilirdi.
İstinadlar
Xarici keçidlər Rəsmi sayt Slaviya Praqa FK-nun rəsmi saytında
Kateqoriya:Çexiya stadionları Kateqoriya:Çexiya futbol stadionları Kateqoriya:2008-ci ildə yarananlar Kateqoriya:2008-ci ildə tamamlanmış idman tikililəri