Əhməd bin Harun xan Qaraxani () — Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1102. ildə atası II Harun Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyyəti illərində Qaraxanilər dövləti Abbasi xəlifəsi ilə əlaqələr qurulmuşdur. Xəlifə Mustahzırbillah (1094–1118), Əhməd Arslan xanın istəyi ilə xütbə oxuyub, onu "Nüruddevle" adlandırmışdır. 1128. ildə Qaraxitaylar dövlətini Qaşqar şəhəri yaxınlığında məğlub edən Əhməd Arslan xan, onların qərbə irəlləməsinin qarşısını aldı.

İstinadlar

Kateqoriya:Qaraxani xaqanları