Topdağ — Babək rayonu ərazisində dağ (hünd. 786,6 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvan düzü sahəsində, Araz su anbarının  sahilindəki alçaq burunu əmələ gətirən zirvə. Qaraçuq qəsəbəsindən 1,75 km qərbdədir. Üst Pleystosenin allüvial-prolüvial çöküntülərdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma  çökəkliyinin cənub-qərb cinahında yerləşir.

Həmçinin bax: Qapıcıq dağı Elti dağı Maparax Ağdağ (Ordubad rayonu) Ağsal dağı

İstinadlar:

Kateqoriya:Babək rayonunun dağları