Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.

Həmçinin bax: Qız-gəlin dağı Abdal (dağ) Elti dağı Ağaverdi dağı Qapıcıq dağı

İstinadlar

Kateqoriya:Kəngərli rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri