SpaceX (; ) — mərkəzi ABŞ-nin Kaliforniya ştatındakı Hotorn şəhərində yerləşən amerikan kosmik nəqliyyat şirkəti. SpaceX Falcon 9, Falcon Heavy, Starlink, Dragon, Starship kimi kosmos missiyalı raketlər istehsal etmişdir.
Şirkət 2002-ci ildə daha əvvəl PayPal-ın da yaradıcılarından olan, Tesla Motors şirkətinin CEO-su Elon Musk tərəfindən Marsın koloniyalaşdırılmasını təmin etmək üzrə kosmik nəqliyyatın xərcini azaltma hədəfi ilə quruldu. İndiyə kimi Falcon 1, Falcon 9 və Falcon Heavy adlı ən başdan təkrar istifadə edə bilmək üçün dizayn edilmiş olan kosmosa uçuş qurğu/raket sistemlərini və Falcon 9 tərəfindən orbitə çıxardılmış olan Beynəlxalq Kosmik Stansiyaya ləvazimat/ərzaq təmin etmək üzrə Dragon (insansız) kosmik gəmisini yaratdı. Dragon kosmik gəmisini insanlı halı yaradılma mərhələsindədir.
SpaceX-in uğurları arasında bunlar vardır:
28 sentyabr 2008 tarixində özəl sektor tərəfindən maliyyələşdirilən və orbitinə çatan ilk maye yanacaqlı raket (Falcon 1); 9 dekabr 2010 tarixində bir kosmik gəmini kosmosa göndərən, orbitə oturdan və bu kosmik gəmini (Dragon) uğurlu bir formada dünyaya geri gətirən ilk şəxsi sektor şirkəti; 25 may 2012 tarixində Beynəlxalq Kosmik Stansiyasına bir kosmik gəmi (Dragon) yollayan ilk şəxsi sektor şirkəti; 30 may 2020 tarixindən Beynəlxalq Kosmik Stansiyasına Crew Dragon-u göndərərək insanlı bir missiya tamamlayan ilk şəxsi sektor şirkəti; 24 yanvar 2021 tarixində yalnız bir raket uçuşu ilə daşınan ən çox peyk (143 peyk).
SES-8 peykinin 3 dekabr 2013-cü ildə uçuşu SpaceX-in geosinxron orbitə ilk təslimatı olmuşdur.
Keyfiyyəti və xərci yoxlanış altında tutmaq məqsədi ilə SpaceX kosmik gəmi və raketlərdə istifadə etdiyi komponentin böyük hissəsi dizaynını, sınaqlarını və istehsalını şirkət daxilində həyata keçirdir; bu komponentlər arasında Falcon uçuş sistemi və Dragon kosmik gəmisində istifadə edilən Merlin, Kestrel və Draco raket mühərrikləri vardır. Bu SpaceX-in sektordakı ən ucuz uçuş qiymətini verə bilməsinə və ənənəvi raket inkişafı/istehsalı zamanını böyük nisbətdə azalda bilməsinə imkan yaratmışdır.
2013 noyabr ayında ticari uçuşlarda bazar lideri olan fransız şirkəti Arianespace SpaceX-in yaratdığı rəqabət səbəbi ilə Ariane 5 raketiyle geostasionar orbitə daşıdığı "daha yüngül peyklər" üçün ucuz qiymətləndirməyə gedəcəyini açıqlamışdı.
2006-cı ildə NASA şirkət ile Beynəlxalq kosmik stansiyaya yük tədarük edə biləcək bir uçuş/nəqliyyat sistemini dizayn edib həyata keçirə bilməsi üçün 'Ticari Orbiti Nəqliyyat' müqaviləsini imzaladı. SpaceX 2015 iyun etibarı ilə Beynəlxalq kosmik stansiyaya yük tədarük müqaviləsi altında 5 uçuş həyata keçirmişdir. NASA SpaceX ilə həmçinin NASA-nın 'Ticari Ekipaj İnkişaf Etdirmə ' (CCDev) proqramının parçası olaraq insanlı istifadəyə uyğun Dragon kosmik gəmisinin inkişafı və uğurlu bir formada istifadəsinin göstərilməsi üçün müqavilə imzalamışdır. SpaceX ilk ekipajı Dragon/Falcon 9 uçuşunu 2016-cı ildə etdi. Şirkət o zamana qədər kosmik gəmisinə, bütün ehtiyacları qarşıladığı təsdiqlənmiş, insan istifadəsi üçün uçuş vaxtı qaçış sistemini daxil etməyə çalışmışdır. NASA müqavilələri ilə birlikdə SpaceX şəxsi sektor şirkətləri ABŞ xaricində hökumət qurumları və amerikan ordusu ilə özünün uçuş xidmətləri üçün müqavilə imzalamışdır. 2015 fevral etibarıyla SpaceX 15 ədəd Falcon 9 raketini, 14 uğurlu və bir qismi uğursuzluqla uçmuş və müştəriləri üçün ən az 30 uçuş planı planlamış vəziyyətdədir.
Tarixi thumb|SpaceX işçiləri Dragon kapsulu ilə SpaceX Baş ofisində; Hotorn, Kaliforniya, fevral 2015.
Təsisi və inkişaf tarixi SpaceX 2002-ci ilin İyun ayında, PayPal ve Tesla Motors şirkətlərinin ortaq qurucularından olan Elon Musk tərəfindən yaradılmışdır, çünki Elon Musk sərvəti ilə təqaüdə çıxmaq ya da xeyriyyə işləri görməkdən daha üstün bir iş görmək niyyətində idi, həmçinin kosmosda ucuz və etibarlı səyahət ABŞ-də qulağa xoş gələn və qazanca çevrilə biləcək bir sahə idi. Onun məqsədi özəl havayolu təyyarələrinə bənzər, kosmosa bir çox dəfə göndəriləbiləcək asan və ucuz başa gələn raketlər istehsal etmək idi. 2006-cı ilin mart ayında Musk artıq öz sərvətindən şirkətə 100 milyon $ vəsait ayırmışdı. 4 Aqust 2008 tarixində sponsor firması olan Founders Fund şirkəti SpaceX -ə əlavə olaraq 20 milyon $ vəsait ayırmışdır.
2012-ci ilin əvvəllərində şirkətin qurrucusu şirkətin haradasa 3-də 2-inə sahib idi. Şirkətin 70 milyon ədəd hissəsinin o zaman üçün özəl sektor bazarındakı qiymətinin 875 milyon $ olduğu təxmin edilir, "Elon Musk on Why SpaceX Has the Right Stuff to Win the Space Race" bu da SpaceX şirkətinin 2012-ci ilin fervral ayı ərəfəsində dəyərinin təxmini 1.3 milyar $ ətrafında olduğunu göstərir. 2012-ci ilin may ayındakı COTS 2+ uçuşundan sonra, şirkətin özəl sərmayesi haradasa iki qatına — 2.4 milyar $ dəyərinə yüksəlmişdir.
2012-ci ildə şirkətin xalqın istifadəsinə verilməsinin 2013-cü ilin sonlarında mümkün olacağı söylənirdi, ancaq daha sonra Musk, 2013-cü ilin İyun ayında verdiyi açıqlamasında bunun "Mars Koloniya Daşıyıcı Sisteminin nizamlı şəkildə uçuşlar həyata keçirməsinə qədər gözləyəcəyini bildirdi," bu açıqlama 2015-ci ildə dəyişdirilərək SpaceX-in xalqın xidətinə açıq bir şirkətə çevrilməsi üçün həlkə uzun illər lazım olduğu bildirildi.
Şirkət 2002-ci ildə yaradıldığından bəri sürətlə böyümüş, 2005-ci ilin oktyabr ayında 160 nəfər olan işçi sayı 2008-ci ilin iyul ayında 500-ü, 2010-cu ildə isə 1100-ü, 2012-ci ilin əvvəllərində 1800-ü və 2013-cü ilin əvvəllərində isə 3000-i keçmişdir. 2013-cü ilin sentyabr ayında şirkətin bütün işçilərinin sayı 3800 oldu.
2005-ci ilin yanvar ayında, SpaceX Surrey Satellite Technology Ltd. şirketinin % 10 hissəsini satın almışdır.
16 iyun 2009 tarxində SpaceX Astronavt Təhlükəsizliyi və Missiya Təminatı bölməsini açmışdır. Keçmiş NASA astronavtı Ken Bowersox böləminin fəaliyyətlərini davam etdirmək üçün şirkətin başçı köməkçisi olaraq işə götürülmüşdür. Lakin, keçmiş astronavtın 2011-ci ilin sonlarına yaxın SpaceX şirkətindən ayrıldığı bildirilmişdir. Ayrılması üçün heç bir səbəb bildirilməmiş və yerinə də hər hansı başqa bir şəxs götürülməmişdir.
Hal-hazırda Elon Musk idarə heyətinin sədri (CEO), Gwynne Shotwell isə şirkət başçısı və şirkət idarə meneceri (COO) olaraq işləməkdədir.
Maliyyələşmə SpaceX özəl sektor tərəfindən maliyyələşdirilən bir kosmik səyahət şirkətidir. Birinci orbitə atılma vəsitəsi — Falcon 1 və üç raket matorunu—Merlin, Kestrel və Draco— tamamiylə özəl maliyyə ehtiyatı ilə həyata keçirmişdir. SpaceX Merlin raket matorunun dəyişdirilimiş bir formasını istifadə edən Falcon 9 orbitə atılma vasitəsinin maliyyəsinin bir qismi üçün ABŞ hökuməti ilə müqavilə imzalamışdır. SpaceX, Metan yanacaqlı Raptor raket motorlu, Falcon Heavy ağır orbitə atılma vasitəsi və bir sıra yenidən istifadə ediləbilən orbitə atılma vasitələrinin texnologiyasını öz özəl maliyyəsi hesabına həyata keçirməkdədir.
2012-ci ilin may ayından etibarən SpaceX quruluşundan sonrakı ilk 10 ildə cəmi 1 milyard $ maliyyə ilə işləmişdir. Bunun içərisindəki 200 Milyon $ dəyərində özəl maliyyənin yarısını Musk-un buraya qoyduğu 100 Milyon $ dəyərindəki maliyyədən ve digər sərmayəçilərin verdiyi 100 Milyon $ -dan ibarətdir. (Founders Fund, Draper Fisher Jurvetson, və s). Maliyyənin qalan hissəsi uzun müddətli atılma və inkişaf etdirmə sazişlərindəki "inkişaf müddəti" ara ödənişlərindən gəlmişdir. SpaceX 40 dan çox missiyanı həyata keçirmək məqsədilə öz özəl müştəriləri və NASA ilə 4 milyon $-lıq müqavilə imzalamış, lakin bəzi özəl müştərilər maliyyəni aşağı salmışdır, 2012-ci ilin aprel ayına qədər NASA -nın fondları SpaceX-i 400–500 Milyon $ maliyyə ilə təmin etmişdir. 2012 may etibarıyla, SpaceX 40 ədət uçuş missiyası üçün müqavilələr imzalamışdı və uzun müddətli müqavilələr üçün Amerika Mühasibat qaydalarının görə müqavilə imzaladıqdan dərhal sonra nağd ödəniş təşkil veriləli idi. Bundan əlavə çox uçuş tarixindən əvvəl bitən uçuş vasitəsi kompenetləri üçün ara ödənişlər alırdı.
2012 avqust ayında SpaceX NASA ilə "CCiCap — Yeni nəsil Amerikalı insanlı kosmik uçuş" təklif edəcək ekipajlı kosmik kapsulun dizaynı və inkişafı üçün böyük müqavilə imzaladı. Bu müqavilə ilə NASA 2017-ci ilə qədər təkrar Amerika torpaqlarından kosmosa astronavt göndərə bilməyi planladı. Başqa iki şirkət Boeing və Sierra Nevada Corporation, NASA ilə eyni istehsal müqavilələri imzalamışdırlar. NASA-nın bu üç şirkətlə imzaladığı Kosmik Hüquq Müqaviləsi əhatəsində, bu üç şirkətin, NASA-nın "Kommersiya Ekipajlı Kosmik Uçuş İmkanları" üzərindən etdikləri irəliləmələr və uğurları ilə həm ictimaiyyətə, həm də hökumətə münasib qiymətlərlə kommersiya insan kosmos uçuşunu təqdim etmək üçün nəzərdə tutulub. Bu müqavilənin hissəsi olaraq, SpaceX 2012 və 2014 may arasında edəcəyi çatdırılmalar üçün 440 milyon dəyərində müqavilə imzalamışdır.
2012-ci ilin sonunda SpaceX-in iş siyahısında ümumilikdə 4 milyard $ dəyərində, ABŞ hökuməti və şəxsi sektor müştəriləri ilə olan müqavilələrin nəticəsini təmsil edən 40-dan çox uçuş var idi. Bu müqavilələrin çoxunda çoxdan SpaceX-ə ara ödənişlər edilməyə başlanmışdı. 2013 dekabr ayı etibarıyla SpaceX 50 ədət irəli tarixli uçuşu müqavilələrlə əlaqələndirmişdir. Bunların 3-də 2-si kommersiya müştəriləri üçün idi. 2013-cü ilin sonlarına yaxın kosmos sənayesi mediyasında SpaceX-in rəqiblərinə (Ariane 5 və Proton) görə qiymət qırdığına dair şərhlər edilməyə başlanmışdı. Bu tarixlərdə SpaceX ən az 10 ədət daha jeostatik orbit uçuşu planlamışdı.
2015-ci ilin yanvar ayında SpaceX Google-dan ve Fidelity investisiya şirkətindən , şirkətin 8,333%-lik hissəsinə müvafiq cəmi 1 Milyar $ maliyyə aldı, beləliklə şirkətin dəyəri təxminən 12 milyar $ dəyərinə yüksəlmişdir. Əvvəllər bu investisiyanın SpaceX-in peyk istehsalı ve qlobal peyk internet xidməti işlərinə başlaması üçün olduğu düşünülsədə Gwynne Shotwell 2015-ci ilin mart ayında verdiyi müsahibədə investisiyanın qlobal peyk internet xidməti ilə əlaqədar olmadığını bildirdi. Əslində Google O3b və OneWeb ilə yollarını ayırdığından bəri peyk internet ortağı axtarmaqdaydı.
Hədəflər İlon Mask digər kosmik uçuş şirkətlərinin baha qiymətlərinin səbəbini lazımsız bürokratiyadan irəli gəldiyini deyir. Daha əvvəl məqsədlərindən birinin kosmosa çatmağın maliyyə tədbirini və təhlükəsizliyini önəmli miqdarda artırmaq olduğunu bildirmişdir.https://web.archive.org/web/20130126130324/http://www.spacex.com/press.php?page=20100616 2010 dekabr ayında SpaceX Dragon kosmik kapsulu iki istiqamətli uçuşdan qayıtdıqdan sonra uğurlu şəkildə kosmik gəmini uçuran və geri qaytaran ilk özəl şirkət olmuşdur. Kosmos Vəqfi SpaceX-ə Dragon gəmisinin uğurlu uçuşu və dünyaya uğurlu şəkildə geri qayıtması səbəbi ilə 2011-ci ilin Kosmos Uğur Mükafatını vermişdir.
Müxtəlif konfranslarda, SpaceX gələcəyin motor və uçuş gəmilərinə aid dizayn şəkillərini ortaya qoymuşdur. Bu dizaynların həyata keçirilməsi məhsuldarlığın artırılmasına aid tələblərlə əlaqəli olaraq ediləcəyi bildirilmişdir. Şirkətin 2004-cü ildəki planlarında "müştəri tələbi olması vəziyyətində ağır və super-ağır uçuş sistemlərinin ediləcəyi" bildirilmişdir. Ağırlıqdakı hər səviyyə artımı orbitə çıxış maliyyəsini aşağı salacaqdır. CEO İlon Mask bu açıqlamnı etmişdir: "İnanıram ki, funt başına 500 $(1,100$/kq) və ya daha azı eilə bilər."https://web.archive.org/web/20130126130603/http://www.spacex.com/press.php?page=10