Ölüm dəftəri — Tsuqumi Oba və Takeşi Obatanın eyni adlı manqanın əsasında çəkilən Adam Uinqard rejissorun ABŞ fantastik qorxu triller filmi. Netflix tərəfindən 2017-ci ilin avqustun 25-də buraxılıb.

İstehsalı 2007-ci ildə Malaziyanın The Star qəzetində qeyd olunub ki, ABŞ-də ondan çox film şirkəti Death Note franşizin film adaptasiyasını çəkməkdə maraqlıdır. Əvvəlcə ABŞ-nin Vertigo Entertainment şirkəti remeyk eləməli idi. Çarli və Vlas Parlapanides ssenarinin müəllifləri, Roy Li, Duq Deyvison, Dan Lin və Brayn Uitten isə prodüserləri olmalı idilər. 2009-cu ilin aprelin 30-da Variety jurnalı elan edib ki, yapon film versiyasının distribütori olan Warner Bros. remeyk eləmək üçün müəllif hüquqları əldə edib. Ssenari müəllifləri ilə prodüserlər isə eyni qalıb. 2009-cu ildə Zak Efron onun filmdə baş rolda oynadığı haqqındakı şayiəni inkar edib. 2011-ci ilin yanvarın 13-də elan olunub ki, Şeyn Blək filmin rejissoru, ssenari müəllifləri isə Entoni Baqarotzi ilə Çarls Mondri olacaq. Warner Bros. studiyası Yaqami Raitonun hekayəsini dəyişib və mərkəzində ədalət məsələsinin əvəzinə qisas məsələsini qoymaq, şiniqamiləri isə məzmundan tamamilə çıxartmağı planlaşdırırdı. Blək buna qarşı idi və beləliklə, bu məfhum qəbul olunmayıb. 2013-cü ildə Bleeding Cool saytına verdiyi intervyusunda, Blək film üzərində hələ də işlədiyini təsdiq edib. 2014-cü ilin iyulunda şayiə yayılıb ki, rejissör Bləki Qas Van Sent əvəzliyəcək, prodüserluğu isə Vertigo Entertainment, Witten Pictures və Lin Pictures vasitəsi ilə Den Lin, Duq Deyvison, Roy Li və Brayan Uitten eləyəcək.

2015-ci ilin aprelin 27-də The Hollywood Reporter jurnalı açıqlayıb ki, filmin rejissoru Adam Uinqard, prodüserləri Lin Li, Ceyson Hoffs və Masi Oka olacaq, studiyanı isə Niica Kuykendall ilə Nik Mavinkurve nəzarət edəcək. 2016-cı ilin aprelində TheWrap saytı bəyan edib ki, Warner Bros. çəkdiyi filmlərin sayını azaltmaq qərarını verib və Uinqarda layihəni hər hansı başqa yerdə çəkməyə icazə verib. Verilən məlumata görə, növbəti 48 saat ərzində Uinqarda demək olar ki, bütün əsas film studiyalarına müraciət edib. 2016-cı ilin aprelin 6-da təsdiq olunub ki, filmi alan Netflix olub. Filmin büdcəsi 40-50 milyon dollar, ssenari müəllifinin isə Ceremi Sleyter olacağı deyilib. Rəsmi istehsalı DN (Canada) Productions, Inc. tərəfindən 2016-cı ilin iyunun 30-da Britaniya Kolumbiyasıda başlayıb.

Sikvel Heat Vision-a verdiyi müsahibədə rejissor Adam Uinqard deyib ki, əgər filmə yetəri sayda adam baxsa, Netflix ən azı iki film eləmək istəyir:

Dəqiq demək olar ki, getmək üçün çox yolumuz var və ümumilikdə hara gəlib çatacağımızı bilirik. Ümid edirəm ki, insanlar ona [filmə] baxacaqlar və Netflix sikvelı sifariş edəcək. Onlar dəqiq olaraq buna hazırdır. Onlara sadəcə lazımdır ki, insanlar ona baxsın.

İstinadlar

Xarici keçidlər

Ölüm dəftəri Netflix-də

Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2017-ci ilin qorxu filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Death Note Kateqoriya:Adam Uinqardın filmləri Kateqoriya:Manqalara əsaslanan bədii filmlər Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:ABŞ-nin qaranlıq fentezi filmləri Kateqoriya:ABŞ-nin viqilante filmləri Kateqoriya:2017-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin qorxu triller filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:Qeyri-yapon mədəniyyətində Yaponiya Kateqoriya:ABŞ-nin neonuar filmləri Kateqoriya:ABŞ-nin seriyalı qatil filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin fövqəltəbii triller filmləri Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:Vaşinqton ştatı haqqında filmlər Kateqoriya:Sietl haqqında filmlər Kateqoriya:Kütləvi qətllər haqqında filmlər Kateqoriya:Məktəb haqqında filmlər Kateqoriya:İngilis dilində qorxu triller filmləri Kateqoriya:2017-ci ilin ingilis dilli filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Psixoloji triller filmləri