Əhməd Elbrus — şair, dramaturq, publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru, naşir, ilahiyyatçı alim.
Həyatı və təhsili Elbrus Misir oğlu Əhmədov 7 avqust 1944-cü ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olmuşdur Süleyman Kəbirli,"Kəbirli elatı — tarixi mahal", Bakı,2015. 1959-cu ildə Ağcabədi şəhər 5 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda əyani aspirantura təhsilini alan Ə. Elbrus Fədainin “Bəxtiyarnamə” adlı əsəri əsasında dissertasiya müdafiə edərək "filologiya elmləri namizədi" alimlik dərəcəsi almışdır Süleyman Kəbirli, "Kəbirlilərin geneologiyası tarixindən", Bakı, 2017 .Əhməd Elbrus 2006-cı ilin dekabrın 12-də qəflətən vəfat etmişdir. Doğulduğu Salmanbəyli kəndində dəfn edilmişdir.
Əmək fəaliyyəti Əhməd Elbrus 1976-1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının “Elm” nəşriyyatında baş redaktor vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub"Ağcabədi yazarları".Bakı, "Şəms" nəşriyyatı ,2009. 318 səhifə. . 15 şeir kitabının, 4 monoqrafiyanın və 200-dən artıq elmi-publisistik məqalənin müəllifi idi. Müstəqil “Qorqud”, eləcə də “Bəstəkar” nəşriyyatlarının təsisçisi və direktoru olub. O, Azərbaycanda ilk rəngli “Dədəm Qorqud” qəzetinin yaradıcısı və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki idi Şirxan Aranlı. “Ağcabədi” (Ensiklopedik toplu) I nəşr. “Zərdabi Nəşr” MMC. Bakı, 2021, 912 səh; səh- 651.
Yaradıcılığı Əhməd Elbrus ədəbiyyata gənclik illərindən gəlib. Hələ tələbə ikən şeirləri qəzet və jurnal səhifələrində çap olunub . İlk şeirlər kitabı isə 1970-ci ildə işıq üzü görüb. Keçmiş SSRİ və Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.. Ə.Elbrus yüzlərlə kitabın redaktoru və tərtibçisi idi. Bir neçə dillərə əsərləri tərcümə olunan şair riyazi poetikaya aid "Poetika i matematika" əsərinin müəllifi idi. Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilən şair həm də "Qorqud " və "Bəstəkar" nəşriyyatlarının qurucusu və baş redaktoru idi. Əhməd Elbrus həm də riyazi poetika sahəsində qələmə alınan ilk monumental əsərin müəllifidir. Şairin min səhifəlik "İnam və İdrak" əsəri dünya teoloqları tərəfindən yüksək qiymətləndirilib . 2006-cı ildə işıq üzü görmüş "İnam və idrak poetikası" adlanan bu sanballı kitabda qədim və orta əsrlər Şərq elm və sənətində kök atan "Elm əl-Əsma", "Elm əl-Cəfr" və onların qaynağından mənşələnən "Elm əl-Hürül" barədə, bu üç istiqamətin nəticəsi olan hürufizm və qaynaqları ilə əlaqədar riyazi-poetikanın ən yeni nailiyyətləri səviyyəsində araşdırmalar aparılmış, nəticədə hürufizmin simvollar sisteminin strukturu, bərpa , simvol açarları və kodları təqdim edilmişdir. Heydər Əliyevə həsr olunan "Zəfər Marşı"-şeirinin müəllifidir. Xarici keçidlər "Əhməd Elbrusu xatırladım",//Maarifə HACIYEVA, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim
"Onun şeirləri təzadlı dünyaya açıq qapıdır"//Flora XƏLİLZADƏ,Əməkdar jurnalist,Kaspi,2017.- 7 iyun.- S.15.
(XƏLİL RZA ULUTÜRK, AKADEMİK ASLAN ASLANOV, RƏFİQ ZƏKA XƏNDAN VƏ ƏHMƏD ELBRUSUN UNUDULMAZ XATİRƏSİNƏ) Asif RÜSTƏMLİ, filologiya elmləri doktoru, professor
Əsərləri “Uçun, durnalar”,Bakı, “Azərnəşr”, 1966,32 s,5000 nüs. “Etibarım”, Bakı, “Gənclik”,1971,38 səh.5000 nüs. “İnsan əfsanəsi”, Bakı, “Gənclik”, 1973, 56 səh.10000 nüs. “Üçüncü addım”, Bakı, “Azərnəşr”, 1974, 35 səh. “Günəş nəğmələri”,Bakı, “Gənclik”, 1977, 104 s, 5000 nüs. “Ömür yolu”, Bakı, “Yazıçı” 1979, 121s, 10 000 nüs. “Ölməzlik”, Bakı, “Azərnəşr”, 1992, 292s, 5000 nüs. “Qətiyyətin təntənəsi”, Bakı, “Gənclik”, 1993. “İnam və idrak poetikası”,Bakı,“Bəstəkar”,2006,970 s,10 000 nüs.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Filologiya üzrə fəlsəfə doktorları