Ukrayna Hərbi Hava Qüvvələri (, Povitryani Syly Ukrayiny) Ukrayna Silahlı Qüvvələrinin tərkib hissəsidir. Baş qərargahı Vinnitsa şəhərində yerləşir. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra təyyarə və helikopterlərin böyük bir hissəsi Ukrayna ərazisində qalmışdı. Sonradan Ukrayna HHQ-də bir sıra modernizasiya işləri aparılmasına baxmayaraq, təyyarələrin böyük bir qismi hələ də Sovet istehsalı olanlardır. Silahlanmada olan bütün qitələrarası ballistik raketlər və strateji bombardmançı təyyarələr ya xidmətdən çıxarılmış, ya da Rusiyaya verilmişdir.

Ukrayna HHQ böyüklüyünə görə dünyada 27-ci, Avropada 7-ci yerdədir. Ukrobonoprom və Antonov dövlət müəssisələri köhnə təyyarələrin təmir olunmasını və ya onların yeniləri ilə əvəz olunması prosesini həyata keçirir.

Hərbi Hava Qüvvələri hazırda davam edən Donbass müharibəsində iştirak edir. 5 sentyabr 2014-cü ildə atəşkəs elan olunduqdan sonra mübahisəli Donbass ərazisində uçuşlar qadağan olunmuşdur.

Struktur thumb|Ukrayna HHQ komandanlıqları: Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığı, Vinnitsa Təlim İvan Kojedub adına Hərbi Hava Qüvvələri Universiteti (Xarkov) 38 saylı Birləşmiş Təlim Mərkəzi (Vasilkiv) PUA Təlim Mərkəzi (Xmelnitski) Çuquyev Aviabazası Komunar Aviabazası Mərkəz HHQ Komandanlığı, Vasilkiv Borispil Beynəlxalq Aeroportu 15-ci Nəqliyyat Aviasiya Briqadası (3 An-30B, 1 Tu-134AK, 1 An-24B, 5 An-26, 2 Mi-8T, 2 Mi-8MSB) Dnipropetrovsk Beynəlxalq Aeroportu 299-cu Taktiki Aviasiya Briqadası (5 Su-25) Vinnitsa Beynəlxalq Aeroportu 456-cı Nəqliyyat Aviasiyası Briqadası (1 An-24B, 1 An-26 "Vita", 4 An-26, 2 Mi-8MT, 1 Mi-8PS, 1 Mi-9) Melitopol aviabazası 25-ci Nəqliyyat Aviasiyası Briqadası (1 An-26, 7 Il-76MD) Mirqorod aviabazası 831-ci Taktiki Aviasiya Briqadası (6 Su-27, 5 Su-27UB, 2 L-39S) Ozerne aviabazası 9-cu Taktiki Aviasiya Briqadası (6 MiQ-29, 2 MiQ-29UB) Vasilkiv Aviabazası 40-cı Taktiki Aviasiya Briqadası (11 MiQ-29, 4 MiQ-29MU1, 3 MiQ-29UB, 8 L-39S) 96-cı Zenit-raket Briqadası, Danilivka (56 S-300PS) 120-ci Zenit-Raket Briqadası, Xarkov (20 S-300PS) 138-ci Zenit-Raket Briqadası, Dnepr (28 S-300PS) 156-cı Zenit-Raket Alayı, Zolotonoşa (9 Buk-M1) 138-ci Radiolokasiya Briqadası, Vasilkiv 164-cü Radiolokasiya Briqadası, Xarkov 31-ci Kommunikasiya Alayı, Kiyev 101-ci Kommunikasiya Alayı, Vinnitsa Qərb HHQ Komandanlığı, Lvov İvano-Frankvisk Aviabazası 114-cü Taktiki Aviasiya Briqadası (5 MiQ-29, 2 MiQ-29UB) Starokostiantinov Aviabazası 7-ci Bombardmançı və Kəşfiyyat Briqadası (8 Su-24M, 5 Su-24MR, 2 L-39S) 383 saylı PUA Alayı, Xmelnitski (50 Tu-143, 68 Tu-141) 11-ci Zenit-Raket Alayı, Şepetovka (9 Buk-M1) 223-cü Zenit-Raket Alayı, Striy (9 Buk-M1) 540-cı Zenit-Raket Alayı, Kamianza-Buzka (4 S-300PS) 1-ci Radiolokasiya Briqadası, Lipnikiy 76-cı Kommunikasiya Alayı, Lipnikiy Cənub HHQ Komandanlığı, Odessa Kulbakino Aviabazası 204-cü Taktiki Aviasiya Briqadası (5 MiQ-29) 299-cu Taktiki Aviasiya Briqadası (19 Su-25, 5 Su-25UB) 160-cı Zenit-Raket Briqadası, Odessa (19 Su-25, 5 Su-25UB) 208-ci Zenit-Raket Briqadası, Nova Kavoxka (32 S-300PS) 201-ci Zenit-Raket Alayı, Pervomaysk (6 S-300PS) 14-cü Radiolokasiya Briqadası, Odessa 19-cu Dinləmə-nəzarət Alayı, Nikolayev 43-cü Kommunikasiya Alayı, Odessa

Təmir zavodları "LDARZ" Dövlət Aviasiya Təmiri Zavodu (Lvov) "ChARZ" Aviasiya Təmiri Zavodu (Çuquyev, Xarkov vilayəti) "Aviakon" Aviasiya Təmiri Zavodu (Konotop, Sumı vilayəti) "MARP" Aviasiya Təmiri Zavodu (Nikolayev) Rusiyanın Krım yarımadasını işğal etməsindən sonra aşağıdakı birliklər öz daimi dislokasiya yerlərini tərk etmişlər: 204-cü Taktiki Aviasiya Briqadası (Belbek, Sevastopol yaxınlığında). Keçmiş 62-ci Döyüş Aviasiyası Alayı. 1 mart 2014-cü ildə burada yerləşən 45 MiQ-29 və 4 L-29 Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş, yalnız 8 aprel 2014-cü il tarixində əldə olunan razılıqdan sonra bu təyyarələr Ukraynaya geri verilmişdir. 40-cı Radio komandası (Sevastopol yaxınlığında) 174-cü Zenit-Raket Alayı (Derqaçi, Sevastopol yaxınlığında. S-300) 50-ci Zenit-Raket Alayı (Feodosiya. S-200, S-300) 55-ci Zenit-Raket Alayı (Yevpatoriya. Buk-M1)

Həmçinin bax Ukrayna Silahlı Qüvvələri Donbass müharibəsi

İstinadlar

Xarici keçidlər

The Ukrainian Army - uarmy.iatp.org.ua Ukrainian Air Force Страница Воздушных Сил Украины на официальном сайте министерства обороны Украины Официальный сайт министерства обороны Украины Other images from foxbat.ru

Kateqoriya:Ukrayna Silahlı Qüvvələri Kateqoriya:Ukrayna ordusu Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)