Soltan Hümmət oğlu Əzizov () — Azərbaycan dövlət xadimi.
Həyatı 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yolverdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdi. 1962-ci ilin iyul ayında Ağdam RPK-nın növbəti plenumunda Soltan Əzizov işdən azad edilir və Tapdıq Mustafayevin bu vəzifəyə seçilir.Ağdamın birinciləri
Meyvə, Tərəvəz, Çay Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonralar sovxozlar naziri, tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunub ki, S. Əzizovun xidmətləri yüksək qiymətləndirilmişdir. O, Lenin ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni, bir çox medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuş, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərində küçələrdən birinə S. Əzizovun adı verilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Sabirabad Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Şəki Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Şəki rayonunda doğulanlar