Yola — XVIII əsrin I yarısında Rusiyanın tabeliyində olan başqırd torpaqlarında mövcud olmuş inzibati vahid — dairə. XVIII əsrin birinci yarısında Başqırdıstan 4 yola (inzibati dairə) bölünmüşdü. Əhmədov R. Türk xalqlarının tarixi (XIII–XX əsrin əvvəlləri). Dərs vəsaiti. Sumqayıt: 2013, s. 152

Noqay yolası XVIII əsrdə indiki Başqırdıstanın mərkəz və cənub hissəsi Noqay yolası adlanırdı.

Kazan yolası Başqırdıstanın qərb hissəsini əhatə edən torpaqlada yerləşən inzibati vahid isə Kazan yolası adlandırılmışdır.

Sibir yolası Sibir yolası adlanan üçüncü yol Uralarxası şərq və Cənubi Uralarxası torpaqların şərq hissəsini əhatə edirdi.

Osin yolası Ufadan şimala uzanan nazik zolaq Osin yolası adlanırdı.

Yolaların daxili inzibati bölgüsü Yolalar isə öz növbəsində volostlara bölünmüşdü. XVIII əsrin ortalarında 42 volost qeydə alınmışdı. Volostlarda inzibati və polis hakimiyyəti başqırd starşinası və yüzbaşının ixtiyarında idi. Hər bir volostda əhalinin sayından asılı olaraq bir neçə starşina fəaliyyət göstərirdi. Əhmədov R. Türk xalqlarının tarixi (XIII–XX əsrin əvvəlləri). Dərs vəsaiti. Sumqayıt: 2013, s. 152

İstinadlar

Kateqoriya:Başqırdıstan tarixi Kateqoriya:Başqırdıstanın tarixi-coğrafiyası