Voloqda () Rusiya Federasiyasının subyekti olan Voloqda vilayətinin idarəedici, mədəni və elmi mərkəzi olan şəhər. Voloqda çayının sahilində yerləşir.

Şəhər Rusiyanın şimal-qərb bölgəsində mühüm nəqliyyat qovşağı kimi fəaliyyət göstərir. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin açıqlamasına görə, Voloqda şəhəri Rusiya ərazisində yerləşən qırx bir, Voloqda vilayətində isə üç tarixi şəhərdən biri hesab olunur. Şəhərdə yerləşən 224 bina rəsmi şəkildə mədəni irs abidəsi siyahısına daxil edilmişdir.

Təhsil Ali təhsil institutları Voloqda Dövlət Texniki Universiteti Voloqda Dövlət Pedaqoji Universiteti N.V. Vereşaqin adına Voloqda Dövlət Südçülük Akademiyası Voloqda Biznes İnstitutu Filiallar: Moskva Dövlət Hüquq Akademiyasının Voloqda filialı Şimal-qərb İctimai Xidmətlər Akademiyasının Voloqda filialı Sankt-Peterburq Dövlət Mühəndislik və İqtisadiyyat Universitetinin Voloqda filialı Beynəlxalq Biznes və Yeni Texnologiyalar Akademiyasının Voloqda filialı

İdman Şəhərdə "Dinamo", "Lokomotiv", "Vityaz" kimi stadionlar, "Dinamo" və "Laqun" adında üzgüçülük hovuzları, "Spektrum" idman və konsert kompleksi, həmçinin müxtəlif fitness mərkəzləri və regional atletika mərkəzləri mövcuddur. Rusiya ikinci liqasında çıxış edən Dinamo klubu Voloqda şəhərini təmsil edir.

Qardaş şəhərlər , Vorkuta , Kouvola , Londonderri (Nyu-Hempşir) , Mişkolç , Zvolle , Qrodno Tərəfdaş şəhərlər: , Strasburq , Elankur , Burqas

Həmçinin bax Rusiya Rusiya şəhərləri Voloqda vilayəti

İstinadlar

Xarici keçidlər

Сайт Администрации города Сайт Городской думы История, памятники архитектуры, фотографии Вологды

Kateqoriya:Voloqda vilayətinin şəhərləri