Federiko Obama Ondo (4 fevral 2000-ci ildə anadan olub) — Fede kimi də tanınan, La Liqa təmsilçilərindən olan Atletiko Madrid klubunun akademiyasında müdafiəçi kimi çıxış edən peşəkar Ekvatorial Qvineya futbolçusu.

Peşəkar karyerası Obama gənc yaşlarında Ekvatorial Qvineyaı tərk edərək İspaniyaya köçmüş və Torrexon bölgəsində yaşamışdır. Fede 2008-ci ildə Atletiko Madrid klubunun akademiyasına qəbul olunmuşdur.

Milli karyerası Obama Ekvatorial Qvineya milli futbol komandasına ilk dəfə 2017-ci ilin avqust ayında 17 yaşı olarkən çağırılmışdır. O, milli komanda ilə debütünü 3 sentyabr 2017-ci ildə Benin millisinə qarşı yoldaşlıq oyununda etmişdir. Həmin görüşdə Ekvatorial Qvineya rəqibinə 2-1 hesbaı ilə məğlub olmuşdur.

Şəxsi həyatı Obamanın əkiz qardaşı Salomon Obama Atletiko Madrid klubunun akademiyasında çıxış edir və İspaniyanın gənclər millisinin üzvüdür.

İstinadlar

Xarici keçidlər Cero a Cero Profile Atlético Madrid profile Youth UEFA Profile Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Tersera divizionunun futbolçuları Kateqoriya:Atletiko Madrid FK futbolçuları