Bohol — Filippin arxipilaqının Visayan qrupunda ada. Adanın sahəsi təqribən 3.9 min km².-dir. Səthi hündürlüyü 800 metrədək olan yayladan ibarətdir. Sahilləri mərcan rifləridir. İqlimi ekvatorialdır. Rütubətli ekvatorial meşələr, tropik bitki əkinçiliyi yayılmışdır. Əsas şəhəri Taqbilaran portudur.
Mənbə Azərbaycan Milli Ensiklopediyası, IV cild, Bakı,2012, səh,222
Kateqoriya:Filippin adaları