Hacı Əmrulla hamamı — günbəzli hamam olub, Sumqayıt şəhərinin Corat qəsəbəsi mərkəzindən keçən Sülh küçəsində, Corat cümə məscidinin qarşı tərəfində yerləşir. Günbəzşəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir.
Tarixi Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə XVII əsrdə tikilməsi qeyd olunur. Qəsəbə sakinləri arasında təzə hamam olaraq tanınır. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir. Həmçinin bax Hacı Məcid hamamı
İstinadlar
Kateqoriya:Azərbaycan hamamları Kateqoriya:Sumqayıt abidələri Kateqoriya:Corat